• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirin barmaq izləri oğurlandı

Nazirin barmaq izləri oğurlandı
03.01.2015 12:27
"Xaos kompüter klubu”nun üzvləri Almaniyanın müdafiə naziri Ursula fon der Layenin barmaq izlərini oğurladıqlarını iddia edirlər.

ANN.Az eunews.az-a istinadən xəbər verir ki, "Dpa” xəbər agentliyi yazır ki, dekabrın 27-də klubun 31-ci illik yığıncağında etik xaker (sertifikatlı xaker) və tədqiqatçı Yan Krissler çıxış edib. O deyib ki, barmaq izinin təsviri tezliklə internetdə yayımlanacaq. Onun sözlərinə görə, barmaq izini tapmaq üçün nazirin əli toxunan obyektə ehtiyac olmayıb.

Krissler deyib ki, bunun üçün oktyabrda mətbuat konfransında yaxından çəkilmiş fotoşəkli və VeriFinger kommersiya proqram təminatından istifadə olunub. 

Müdafiə nazirinin barmaq izinin yarımçıq təsviri və müxtəlif bucaq altında çəkilən fotoşəkillər əsasında xakerlər çatışmayan hissələri bərpa ediblər. Krissler 2008-ci ildə, həmin vaxt Almaniyanın daxili işlər naziri olan Volfqanq Şoyblenin də barmaq izlərini şəklini yaymışdı. Almaniyanın "Zeit online” xəbər vebsaytına görə, Krissler və digər xaker Tobias Fibig Berlin Texniki Universitetində biometrik təhlükəsizlik sistemlərinin məhdudiyəti ilə bağlı tədqiqat aparıblar.

Son zamanlar təhlükəsizlik sistemlərində biometrik vasitələrdən daha çox istifadə olunur. Bu cür sistemlərdə adətən identifikasiya üçün barmaq izi, yaxud  gözün qüzehli qişasının skanı tələb olunur.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol