• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-dan yeni qadağa

İŞİD-dan yeni qadağa
03.01.2015 15:09
İŞİD terror qruplaşması əsrlərdir müsəlmanların ənənəvi olaraq qeyd etdiyi İslam peyğəmbərinin mövlud tədbirlərini yasaqladı. 
 
ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Kürdüstan Demokratiya Partiyası Mosul şöbəsinin sədri Səid Məmuzini "Anadolu” agentliyinin müxbirinə məlumat verib. Sədr bildirib ki, mövludu qeyd edənlər, bu məqsədlə toplaşanlar və şirniyyat paylayanlar qruplaşma tərəfindən günahkar hesab olunur. 

Əvvəlki illərdə Mosul sakinlərinin mövlud gecəsini qeyd etdiyini xatırladan Məmuzini, İŞİD-in işğalından sonra yerlilərin artıq bir çox dini mərasimləri keçirə bilmədiyini vurğulayıb. "Təəssüf ki, İŞİD Mosulu işğal etdikdən sonra yerlilər bir çox dini mərasimləri keçirə bilmirlər. Halbuki Mosul xalqı mövlud gecəsinə xüsusi əhəmiyyət verir”. Məmuzini, İŞİD-in işğal etdiyi 10 iyundan bəri Mosulda həyat şərtlərinin pisləşdiyini bildirib. 

"İraqın ikinci böyük şəhərində iyundan bəri elektrik, su və yanacaq problemi var. İnsanlar ən zəruri ehtiyaclarını da tapmaqda çətinlik çəkirlər. Ərzaq iki dəfə bahalaşıb. Mosullular üçün həyat şərtləri çox çətinləşib. İŞİD terroçuları təzyiqlərdən şikayət edənləri ya öldürür, ya da həbs edir”. 

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol