• $
  • €
  • ₽
  • ₺
  • £

Əfqanıstan prezidenti hərbi qüvvələrin ölkədən çıxarılmasını istəmir

Əfqanıstan prezidenti hərbi qüvvələrin ölkədən çıxarılmasını istəmir
05.01.2015 12:02
ABŞ-ın və koalisiyanın Əfqanıstandakı hərbi qüvvələrinin iki ildən sonra ölkədən çıxarılması məsələsinə baxıla bilər.

ANN.Az "Report"a  istinadən xəbər verir ki, bunu Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay ABŞ-ın "CBS" telekanalına müsahibəsində deyib.

Prezidentin sözlərinə görə, hərbçilərin Əfqanıstan ərazisindən çıxarılması məsələsinin vacibliyi "yaddan çıxmasa" da, bunu "ehkama" çevirməyə də ehtiyac yoxdur.

"Sizin mövqeyinizdən prezident Obamanın xəbər varmı" suala cavabında isə Ə.Əhmədzay deyib: "Prezident Obama məni yaxşı tanıyır. Hər məsələni bir-birimizə deməyimizə ehtiyac yoxdur".

ABŞ prezidenti Barak Obama isə amerikalı hərbiçilərin bu ölkə ərazisindən 2016-cı ilin sonunda - yerli qüvvələr Əfqanıstanın təhlükəsizliyini təmin etdikdən sonra çıxarılacağı vədini verib.

Xatırladaq ki, 2014-cü ilin sonunda ABŞ və koalisiya qüvvələrinin əsas hissəsi Əfqanıstandan çıxarılmalı idi. Ölkədə antiterror əməliyyatlartın keçirilməsini dəstəkləmək üçün formal olaraq, əsasən amerikalılardan ibarət beynəlxalq qüvvələrə məxsus 13 min hərbçi qalıb.

13 il sürən hərbi əməliyyatlarda 50 ölkədən ibarət koalisiyada 130 mindən çox qüvvə iştirak edib.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol