• $
  • €
  • ₽
  • ₺
  • £

Avronun məzənnəsi 9 ilin ən aşağı həddinə endi

Avronun məzənnəsi 9 ilin ən aşağı həddinə endi
05.01.2015 15:47
İnvestorların proqnozuna görə, Avropa Mərkəzi Bankı (ECB ) iqtisadiyyatı stimullaşdırmaq üçün müəyyən addımlar ata bilər.

Avro dollara qarşı 1,2 faiz ucuzlaşaraq 1 dollar 18 sentə endikdən sonra bir qədər artıb və 1 dollar 19 sentdə dayanıb. Müşahidəçilərin qeyd etdiyinə görə, 2006-cı ilin mart ayından avronun dollara qarşı məzənnəsi son 9 ilin ən aşağı göstəricisi səviyyəsinə enib. Onlar Yunanıstandakı siyasi durumun da valyutanın dəyərinə təsir etdiyini düşünürlər. Ehtiyat edilir ki, Yunanıstanda yanvarın 25-də keçiriləcək seçkilər, sərt iqtisadi tədbirlər paketi əleyhinə çıxış edən solçu Syriza partiyasının qələbəsilə nəticələnə bilər. Bu ehtimal Yunanıstanın beynəlxalq maliyyə yardımı şərtlərinə əməl edəcəyinə dair şübhələri gücləndirib. Şənbə günü Almaniyanın Der Spiegel jurnalı rəsmi Berlinin Yunanıstanın, Syriza seçkilərdə qalib gələrsə, avrozonadan çıxması ehtimalına etiraz etməyəcəyini bildirib.
 
Der Speigel-in məqaləsinə cavab olaraq Angela Merkel rəsmi Berlinin siyasətində heç bir dəyişikliyin baş vermədiyini və Almaniya hökümətinin Yunanıstanın Aİ və beynəlxalq maliyyə qurumları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyini gözlədiyini bildirib.

Təhlilçilərə görə, yaxın bir neçə həftə ərzində avronun dollara qarşı zəifliyi davam edə bilər. //bbc
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol