• $
  • €
  • ₽
  • ₺
  • £

Bəşər Əsədin Azərbaycandan muzdlular apardığı üzə çıxdı

Bəşər Əsədin Azərbaycandan muzdlular apardığı üzə çıxdı
05.01.2015 17:32
Azərbaycan vətəndaşları Suriyaya təkcə İŞİD sıralarında döyüşmək, baş kəsmək və Əbu Bəkr əl-Bağdadinin rəhbərliyi altında İslam xilafəti qurmaq üçün getmir.

Virtualaz.org saytı xəbər verir ki, Bəşər Əsəd rejimi də Azərbaycandan radikal sünni cihadçılara qarşı döyüşmək üçün muzdlular aparır.

Bu barədə məlumat İtaliyanın lettera22.it portalında yer alıb.

Sayt yazıb  ki, əksər müharibələrdə muzdluların xidmətindən istifadə edirlər. Hazırda Suriya və İraqda gedən müharibədə də dünyanın müxtəlif ölkələrindən olan cihadçılar vuruşur. Onların bir çoxu ideoloji motivlərlə, bir çoxu isə qazanc üçün bu müharibəyə qoşulub. Və öz sıralarına muzdluları cəlb edən təkcə İŞİD deyil.

Bir neçə gün əvvəl məlum olub ki, Bəşər Əsəd rejimi Əfqanıstanın şiə icmasından - xəzərlərdən olan döyüşçüləri Tehranın egidası altında hazırlayır və onları sünni cihadçılara qarşı döyüşə göndərir.

Londonda yerləşən Suriya İnsan Haqları Monitorinq Qrupunun məlumatına görə, İranın İnqilab Keşikçiləri Qvardiyası əfqanlara hər ay 500 dollar maaş verir.

Əfqan-şiələrin Bəşər Əsəd rejimi tərəfində vuruşmağa bir çox hallarda məcburi qaydada cəlb olunduğu bildirilir. İndiyədək əfqan muzdlulardan Suriyada yüzlərləsi öldürülüb və əsir götürülüb.

"Bu, xarici vətəndaşların pulla, yaxud məcburən Əsəd rejimi tərəfində döyüşməyə məcbur edilməsinə dair yeganə hal deyil. Azərbaycandakı yerli mənbələrin məlumatına görə, bu ölkədən bir çox gənclər Dəməşq rejimi tərəfindən sünni cihadçılara qarşı döyüşmək üçün aparılıb” - məlumatda deyilir.

Qeyd edək ki, əsasən Bakı kəndlərindən və Azərbaycanın cənub bölgələrindən gənclərin Əsəd rejimi tərəfində döyüşmək üçün Suriyaya aparıldığı haqda təsdiqlənməmiş məlumatlar yerli mediada əvvəllər də yer almışdı.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol