• $
  • €
  • ₽
  • ₺
  • £

“Amerikanski” tərbiyəli uşaqlar necə böyüyür? - ARAŞDIRMA

“Amerikanski” tərbiyəli uşaqlar necə böyüyür? - ARAŞDIRMA
06.01.2015 11:12
Hər bir cəmiyyətin uşaq tərbiyəsinə öz yanaşması var. Ailəm.az saytı mütəmadi olaraq müxtəlif ölkələrdə uşaqların böyüdülməsinə, təlim-tərbiyəsinə olan yanaşmaları dərc edir. Bu dəfə Amerika cəmiyyətində uşaqların tərbiyəsindən bəhs edəcəyik.
 
Biz amerikanları həmişə sərbəst, gülərüz, vətənpərvər, sadə, daha az müdrik insanlar kimi təsəvvür edirik. Bütün bu keyfiyyətləri onlar necə qazanırlar? Amerikanın lap uşaqlıqdan seçim imkanı var və bu imkanı ölənəcən heç kim onun əlindən ala bilməz. Bu uşaqlıqdan verilən tərbiyə ilə bağlıdır. Bəs amerikalı valideynlər uşaqları necə tərbiyə edirlər?
 
Lap uşaqlıqdan amerikanlar özlərini sərbəst hiss edirlər. Valideynlər onları özləri ilə partilərə, restoranlara, muzeylərə aparırlar. Bütün ictimai yerlərdə uşaqları yedizdirmək, paltarlarını dəyişdirmək üçün şərait var. Üstəgəl ətrafdakı adamlar da uşaqlara görə narahat olduqların hiss etdirmirlər.
 
Valideynlər uşaqları səhv hərəkətinə görə cəzalandırmaq istəyirsə, onu hansısa yaxşı şeydən məhrum edirlər. Məsələn, kinoya aparmırlar, oyuncaq almırlar, ya da gəzintiyə çıxarmırlar. Buna baxmayaraq, uşağı döymək heç də bütün amerikalılar tərəfindən pis qarşılanmır.
 
Bir mühüm şeyi də qeyd etmək lazımdır. Uşaq cəzanın forması ilə razılaşmalıdır. Əgər uşaq harasa şikayət etsə, valideynləri ciddi məhkəmə təhqiqatı gözləyə bilər. Ona görə də valideynlər çalışır ki, uşaqlarla ciddi söhbət edərək onları səhv hərəkətlərdən çəkindirsinlər.
 
Uşaqlar məktəbə gedəndə yazıb oxumağı bacarmırsa, bu amerikalı valideynləri çox da narahat etmir. Onlar əmindirlər ki, övladları savadsız olmayacaqlar. Hazırlıq sinfində müəllimlər uşaqların üstünə çox düşmür. Sadəcə oyunlar oynayır, plastilindən müxtəlif fiqurlar hazırlayır, rəsm çəkir, mahnı öyrənir, nağıl danışır.
 
Əgər yuxarı siniflərdə uşağın oxumaq arzusu yoxdursa, müəllimlər onu məcbur etmirlər. Buna bir seçim kimi yanaşılır və şagirdin seçiminə hörmət edirlər. Əgər şagird riyaziyyatı, yaxud ədəbiyyatı öyrənmək istəmirsə, bunu etməyə tam haqqı var.
 
Əxlaq və mənəviyyat anlayışları haqqında məktəbliləri maarifləndirmək üçün divarlarda dahilərdən sitatlar asırlar.
 
Uşağı oxumağı haqda müəllimlər valideynlərlə təkbətək görüş zamanı onlara məlumat verirlər.
 
Valideynlər praktik olaraq hər zaman uşaqların məktəb həyatında yaxından iştirak edir və övladlarının oradakı işləri ilə maraqlanırlar. Uşağın hansısa məktəb tədbirində iştirakı, yaxud yaxşı qiymət alması bütün ailədə bayrama çevrilir.
 
Müəllimlər uşaqlarda sərbəst və yaradıcı düşüncənin inkişaf etdirməyə çalışırlar.
 
Bu o demək deyil ki, amerikan məktəblərində nizam intizam yoxdur. Məktəblərin çoxunda uniforma var. Məktəblərin öz qanun-qaydaları var. Bunlara əməl etmək məcburidir. Amma uşaqların şəxsiyyəti, onun fikirləri və əqidəsinə böyüklər daima hörmət edirlər.
 
Amerikan uşaqları öz avropalı həmyaşıdları ilə müqayisədə yatmağa 2 saat gec gedirlər. Çünki Amerikada valideynlər uşaqları yatmağa məcbur etmirlər. Bu uşaqların öz istəklərindən asılıdır.
 
Əgər Amerikada məktəbində 7-ci sinif şagirdi hamilə qalsa, o qız məktəbin biabırçılığı sayılmayacaq, sadəcə ona məktəbin tibb bacısı nəzarət edəcək.
 
Xülasə Amerikada uşaqlar tez sərbəstlik əldə edirlər. Onlar lap gənc yaşlarından valideynlərindən ayrılıb müstəqil həyat yaşayır və onlardan heç bir kömək gözləmirlər. Amerikalı nənə babalar isə nəvələri ilə oturmaq əvəzinə səyahət etməyə üstünlük verirlər.
 
Amerikan tərbiyə sistemindən öyrənəcəyimiz budur ki, uşağa daha çox inanmaq, ona sərbəstlik, seçim imkanı vermək lazımdır. Bu cür böyüyən uşaqlar öz gələcəklərinə daha ciddi yanaşırlar.

Ailem.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol