• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənipərəst ABŞ konqresmeni istefa verdi

Ermənipərəst ABŞ konqresmeni istefa verdi
29.05.2020 05:29
Ermənipərəst siyasətçi kimi tanınan ABŞ konqresmeni Maykl Qrimmə qarşı 20-dən çox maddə üzrə cinayət işi açılıb.

APA-nın "NY Daily News”a istinadən yaydığı xəbərə görə, Konqresin Nümayəndələr Palatasının üzvü M. Qrimm bu səbəblə istefa verib. Prokurorluqdan bildirilib ki, Qrimmin məhkəməsi iyunun 8-də başlayacaq. Onu 24 aydan 30 aya qədər həbs cəzası gözləyir.
 
Konqresmen Qrimm ABŞ qanunverici orqanına seçilməzdən öncə 2006-2010 illərdə biznes fəaliyyəti ilə məşğul olub. 28 aprel 2014-cü il tarixində Nyu-Yorkda ABŞ federal qurumları tərəfindən M. Qrimmə qarşı 20-dən çox maddə üzrə cinayət işi qaldırılıb. Konqresmenə qarşı qaldırılmış ittihamlar çərçivəsində vergidən yayınma üçün saxta sənədləşdirmənin aparılması, sığorta sənədlərinin qeyri-qanuni şəkildə dəyişdirilməsi, vaxtilə ona məxsus olmuş restoranda qeyri-leqal  immiqrantların işlədilməsi, yalan ifadə vermək və digər ittihamlar yer alır. 23 dekabr 2014-cü il tarixində Bruklin məhkəməsi ittiham aktında əks olunan məsələlərdən biri – vergidən yayınma məsələsi ilə bağlı M. Qrimmin günahkar olduğunu təsdiq edib. Məhz bundan sonra 2014-cü il seçkilərində 11-ci Nyu-York dairəsində inamlı qələbəsinə və yenidən Konqresə seçilməsinə baxmayaraq, M. Qrimm istefa verməyə məcbur olub.
 
Qeyd edək ki, M. Qrimm ABŞ Konqresində erməni məsələləri üzrə işçi qrupun həmsədrlərindən biri olub, erməni lobbi təşkilatlarının və onlara yaxın dairələrin dəstəyi ilə Azərbaycanın maraqlarına qarşı fəal iş aparıb. O, ABŞ administrasiyası tərəfindən Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayrılması üçün aktiv şəkildə çağırış edən qanunverici orqan mənsublarından biri kimi tanınıb.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol