• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ-dan Gülən açıqlaması

ABŞ-dan Gülən açıqlaması
10.01.2015 17:52
Amerika Birləşmiş Ştatları (ABŞ) Ankara səfirliyi paralel hökumət və Gülənin təhvil verilməsi ilə bağlı vacib açıqlamalar verib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Ankaradakı səfiri Con Bass Türkiyənin "Sabah” qəzetinə verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərlə bağlı bir sıra mühüm sualları cavablandırıb.

Con Bass cari dövrdə türk-amerikan münasibətlərinin güclənəcəyini, dərinləşəcəyini və ölkələr arasında sağlam stratejik müttəfiqlik münasibətlərinin yaranacağına inandığını nəzərə çatdırıb: "İstər dövlətlər, istərsə də fərdlər arasındakı münasibətlərdə həmişə heç vaxt yüz faiz eyni fikirdə olmaq mümkün olmur. Bu səbəbdən mövqelərimizdə fərqlilik olur”.

Səfir Bass Fəthullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı da münasibətini açıqlayıb: "Qanuni yolla münasibətlərimiz olan dövlətlərdən gələn bütün tələbləri nəzərə alırıq. Tələbin yerinə yetirilməsi üçün qarşı tərəfin hansı səbəblə tələb irəli sürdüyünə baxılır və bunun ABŞ qanunlarını pozub-pozmayacağı məsələsi dəyərləndiriliir. Bu barədə isə əlavə şərh vermirik.”

Bundan başqa, C.Bass sözügedən şəxsin "CIA” (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) ilə əlaqəsini də qeyri-real hesab edib və mətbuatda bu barədə çıxan xəbərləri görüb təəccübləndiyini söyləyib.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Угроза взрыва на борту самолета Wizz Air
Dünya 18:20
Угроза взрыва на борту самолета Wizz Air
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol