• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD-in qadınlara etdiyi növbəti vəhşiliyi

İŞİD-in qadınlara etdiyi növbəti vəhşiliyi
13.01.2015 19:45
ANN.Az BBC-yə istinadən xəbər verir ki, terror təşkilatı olan İŞİD-in vəhşiliyini sübuta yetirən daha bir fakt ortaya çıxıb. Bu barədə yezidi qadınlardan biri BBC-də İŞİD-lə bağlı hazırlanmış proqrama danışıb. "Slaves of the Caliphate" (Xəlifəliyin əsirləri) adlı sənədli filmə çəkilən Hamşe (Hamshe) adlı qadın bildirib ki, İŞİD yaraqlıları yezidi qadınlardan, eləcə də uşaqlardan zorla qan alırmış. Onlar alınan çox sayda qanı yaralı yoldaşlarına verirlərmiş.

Sənədli filmdə o da qeyd olunur ki, indiyə qədər mediaya, ictimaiyyət qarşısına çıxan qadınlar təhlükəsizik məqsədilə adlarını gizli tutub, sifətlərinin görünməsini istəməyiblər. Amma bu yezidi qadın ilk dəfə adını deyib, sifətini göstərib. Hamşe İŞİD-in öldürdüyü həyat yoldaşından bir uşağı olduğunu, 28 gün əsirlikdə qaldığını, sonra isə qaçmağı bacardığını bildirib. Başına gələnlərdən danışan Hamşe əsir alınaraq bir evdə uzun müddət ac və susuz saxlandığını, İŞİD yaraqlısının onunla zorla evlənmək istədiyini deyib: "Məni ac-susuz saxlamaqla ram etmək istəyirdi. Eyni zamanda bizdən yaraflı əsgərlər üçün qan alırdılar".

Necə qaçdığını bildirin Hamşe "Bir axşam uşaq susuzluqdan ağlayırıdı. Qapını döydüm və çöldə bütün əsgərlərin yatdığını gördüm. Gizlincə bir şüşə su götürüb uşağı da qucağıma alıb qaçdım. Günlərlə yol qət etdim" - deyib.

Yolda bir nəfər ərəbə rast gələn Hamşe 3 gün həmin adamın evində qalıb. Daha sonra həmin ərəb Hamşeni at arabasında gizlədərək peşmərgə dəstəsinin nəzarət etdiyi əraziyə çatdırıb. Bundan sonra Hamşe ailəsini tapıb və qardaşı ilə ata-anasına qovuşub.
 
ANN.Az
 
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol