• $
  • €
  • ₽
  • ₺
  • £

Kanada karikaturalara yox dedi

Kanada karikaturalara yox dedi
15.01.2015 16:47
"Charlie Hebdo”nun karikaturaları Kanadada nümayiş olunmayacaq

Bütün dünyada müzakirələrə və mübahisələrə səbəb olan "Charlie Hebdo” jurnalının dərc etdiyi təhqir karikaturalarını Kanadanın "CBC” rəsmi yayım quruluşu nümayiş etdirməyəcək. ANS PRESS-in məlumatına görə, mətbu orqanın məsul şəxslərindən olan Devid Studer müsəlmanların bu məsələdəki həssasiyyətinə hörmətlə yanaşdıqlarını deyib. Studer həmçinin, gördükləri işin məsuliyyətini başa düşən bir mətbu orqan olduqlarını vurğulayıb:

"Kanadanın üfuzlu bir mətbu orqanı kimi fikirlərə hörmət işimizin bir hissəsidir. Dinlərin əhəmiyyət verdiyi, ehtiram göstərdiyi dəyərlər var. Bu bəzən bir heykəl, bəzən də təsvir ola bilər. Əgər İslam dini peyğəmbərin şəklini çəkməyi qadağan edibsə, buna hörmətlə yanaşmaq lazımdır. "Charlie Hebdo” bu məsələdə təxribatyönlü hərəkət etdi. Bəziləri karikaturaya baxmadan fikir bildirməməyinizi desə də, bunu qəbul etmirik. Hətta o karikaturaların mövcudluğu da təxribat üçün kifayətdir. Bunu dərc etmək əksəriyyət tərəfindən qəbul olunmuş bir dinə hörmətsizlikdir. Biz yerdə yatan polisi güllələyən terrorçuların görüntülərini də bu düşüncə ilə nümayiş etdirmədik. Karikaturaları da nümayiş etdirməyəcəyik. Qaldı ki, karikaturaları görmək istəyənlər onu internetdə tapa bilər”. 

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol