• $
  • €
  • ₽
  • ₺
  • £

Ən populyar brend hansıdır?

Ən populyar brend hansıdır?
16.01.2015 20:57
"YouGov BrandIndex" agentliyi ən populyar brendlərin reytinqinin yeni redaksiyasını hazırlayıb. 2014-cü ilin nəticəsinə görə, "Apple" şirkəti ilk onluğa geri qayıdıb.

"YouGov BrandIndex" ABŞ-ın təxminən 1,5 milyon həddi-buluğa çatmış sakini arasında keçirilmiş sorğunun nəticələrinə əsaslanaraq brendin bəyənilmə səviyyəsini ölçür. İnsanlar müəyyən brendlər haqda suallara cavab verib və son iki həftə ərzində şirkət haqqında eşitdikləri pis və yaxşı xəbərlər haqda danışıblar. +100-dən -100-dək qiymətləndirmə qoyulur.

ANN.Az "ICTnews"a istinadən xəbər verir ki, 2014-cü ildə "Apple" 22,6 bal toplayaraq siyahının altıncı pilləsində yerləşib. "iPhone" və "iPad" istehsalçısı "Amazon" (1-ci yer; 29,7 bal), "YouTube" (2-ci; 26,3) və "Samsung" (5-ci; 24,6) kimi texnologiya brendlərindən geri qalıb. "Google" korporasiyası siyahının 7-ci pilləsində qərarlaşıb.

"YouGov BrandIndex" şirkətinin direktoru Ted Marzili deyib ki, statistika nöqteyi-nəzərindən 1 faiz fərq belə əhəmiyyətlidir. "Amma biz 1500 brendi izləyirik, ona görə bilmək lazımdır ki, top-10 bazarın "qaymağıdır" – o deyib.

İki il əvvəl "YouGov BrandIndex"in versiyasına görə, "Apple" şirkəti on ən populyar brend sırasında yer almayıb, 2011-ci ildə şirkət 10-cu yeri tutub.

Marzili deyib ki, "Apple"ın müsbət nüfuzunu əsasən şirkətin fanatları  təmin edir. Həmçinin "alma" şirkətini tənqid edənlər də az deyil.

Məsələn, ekspertlər bildiriblər ki, sorğu nəticəsində məlum olub ki, istifadəçilər "iOS 8.0.1" proqram yeniləməsi və "iCloud"un hər bir hesabında "U2" qrupunun pulsuz musiqi albomunun olmasından narazıdırlar. "iPhone 6" və "iPhone 6 Plus" smartfonları sayəsində "Apple" müsbət rəy alıb.

İnsanların bir çoxu "Google" şirkətinin öz xidmətlərini ödənişsiz təklif etməsini bəyənir, amma bəzi istifadəçilər şəxsi informasiyanın toplanılmasından şikayətlənib.

İT sahəsində "Microsoft"un öz rəqiblərindən xeyli geri qalmasını qeyd etmək lazımdır. 2014-cü ildə proqram nəhəngi "YouGov BrandIndex" reytinqində 121-ci pillədə yerləşib ki, bu da 2013-cü illə müqayisədə 21 pillə yuxarıdır.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol