• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistanda yaşayan ruslara qadağa

Ermənistanda yaşayan ruslara qadağa
28.05.2020 21:37
Gümrüdə rus əsgərinin törədiyi qətl və anti-Rusiya əhval ruhiyyəsinin genişlənməsi ilə əlaqədar olaraq Ermənistanda yerləşən 102 saylı Rusiya hərbi bazasının komandanlığı hərbçilərə Gümrü şəhər sakinlərinin gözününə görsənməməyi tapşırıb.

Əmrə əsasən Gümrüdə ailə olan hərbçilərə bu şəhərdə gecələmək imkanı verilir, subay əsgərlərə isə hərbi hissə daxilində gecələmək tapşırılıb.

Hərbçilərə həmçinin Gümrü şəhərində gəzmək, kafe və digər istirahət yerlərinə baş çəkmək də qadağan edilib. Bundan əlavə Rusiyanın Gümrüdəki konsulluğunun dəstəyi ilə fəaliyyət göstərən rus orta məktəbi də fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb.

"Məlumatlara əsasən hətta hərbçilərin həyat yoldaşları belə ərzaq məhsulları almaq üçün evdən kənara çıxmırlar. Onlar erməni dostlarından alış-veriş həyata keçirməyi istəyirlər”, - deyə qəzet vurğulayıb.

Qeyd edək ki, yanvarın 12-i Ermənistanın Gümrü şəhərində biri 2 yaşlı uşaq olmaqla 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Məlumatı Şirak vilayətinin prokuroru Raffi Aslanyan da təsdiqləyib.

Ermənistan İstintaq Komitəsinin sədri Aqvan Ovsepyanın mətbuat katibi Sona Truzyan bildirib ki, qətldə əsas şübhəli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakovdur.

Onun sözlərinə görə, cinayət yerində hərbçi ayaqqabısı, AK 74 avtomat silahı, gilizlər və içində güllə olan daraq tapılıb. //azvision.az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol