• $
  • €
  • ₽
  • ₺
  • £

Terrorçular 5 kəndi yox etdi

Terrorçular 5 kəndi yox etdi
16.01.2015 16:52
Nigeriyada terror dalğası əsdirən "Boko Haram"ın sonuncu hücumundan sonra yer üzündən 5 kənd yoxa çıxıb.

ANN.Az BBC-yə istinadən xəbər verir ki, "Boko Haram" Nigeriyanın Baga kəndində 2 min adam öldürüb və kəndəki terrorla bağlı şahidlər media nümayəndələrinə danışıb.

"Guardian" qzəetinin əməkdaşı Monika Mark qırğından canlarını qurtaran kənd sakinləri ilə danışıb. Kəndlilər əvvəl terrorçuları tanımadıqlarını, onları dövlətin əsgəri sandıqlarını deyib.

Şahidlərdən biri "5 kənddədn keçdim, 5-i də cəsədlə dolu idi" - deyib.

Beynəlxalq Əfv Təşkilatının açıqlamasına görə, bu ay Baga və Doran Baga kəndlərində 3 min 700 kəndli terror səbəbilə qaçqın düşüb. Hazırda Nigeriyanın şimali-qərbi terrorçularn nəzarəti altında olduğu üçün nə dövlət, nə də beynəlxalq müşahidəçilər əraziyə daxil ola bilmir.

Beynəlxalq təşkilatın nümayəndəsi öz açıqlamasında bildirib ki, terrorçular adi vətəndaşları qarışqa öldürürmüş kimi mıhv edir. Onlar hətta uşaq kamikadzelərdən belə istifadə etməkdən çəkinmirlər.

Beynəlxalq Əfv Təşkilatı Baga və Doron Baga kındlərində baş verən qətliamı "Boko Haram"ın ən böyük və ən ölümcül aktı hesab edib.

Kənddən qaçmağı bacaran şəxslərdən biri küçələrdə yüzlərlə insan cəsədinin olduğunu deyib: "Mən qaçırdım, amma arxamda güllə səsləri eşidirdim, onlar hələ də öldürürdülər. Mən balaca uşaqların, hamilə qadınların da öldürüldüyünü, meyitlərinin küçələrdə qaldığını gördüm".

Başqa bir şahid qadın isə "Boko Haram"ın 2-7 yanvar tarixlərində gerçəkləşdirdiyi terror aktı zamanı  300-ə qədər qadının əsir götürüldüyünü deyib: "Bizi Baga kəndindəki məktəb binasında saxladılar. 4 gün sonra yaşlı qadınları, balaca uşaqları olan qadınları və uşaqları buraxdılar. Amma gənc qızları özləri ilə apardılar".

ANN.Az

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol