• $
  • €
  • ₽
  • ₺
  • £

İT sahəsində ən yaxşı icraçı direktor seçildi

İT sahəsində ən yaxşı icraçı direktor seçildi
28.05.2020 21:34
"Apple"ın baş direktoru Tim Kuk bəzi investorlar tərəfindən tənqid edilsə də, korporasiyanın əməkdaşları arasında ona etibar son dərəcə yüksəkdir.
 
ANN.Az "ICTnews"a istinadən xəbər verir ki, "UBS Evidence Lab" tədqiqat agentliyi ABŞ-ın nəhəng şirkətlərinin işçiləri arasında sorğu keçirərək onların idarəçiliyini qiymətləndirib. Onlara biznesin inkişaf perspektivi, mədəniyyət və dəyərlərə, həmçinin onların rəhbərə münasibəti ilə bağlı suallar verilib. Cavablar nəticəsində ən yaxşı icraçı direktorların reytinqi tərtib edilib.
 
"Apple", "IBM", "Hewlett-Packard", "NetApp", "Cognizant", "EMC" və "Accenture" şirkətlərinin işçiləri tədqiqatda iştirak ediblər.
 
Nəticələrə əsasən, Kaliforniya nəhəngi bütün kateqoriyalar üzrə liderdir. "Apple"ın əməkdaşları korporasiyanın baş direktoru Tim Kukun işini xüsusilə yüksək qiymətləndiriblər.
 
Onlar əmindirlər ki, Kukun rəhbərliyi altında şirkəti işıqlı gələcək gözləyir.
 
"Apple"ın rekord maliyyə göstəriciləri Tim Kukun populyarlığının səbəblərindən biri ola bilər. Onun rəhbərliyi dövründə şirkət "iPhone" və "iPad" qurğularının bir neçə nəslini, "Apple Pay" ödəmə xidmətini bazara çıxarıb, "Apple Watch" smart saatını elan edib. Nəhayət, Tim Kuk xeyriyyəçilik proqramını işə salıb.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol