• $
  • €
  • ₽
  • ₺
  • £

Fransız səfir “erməni soyqırımı”nı tanımadı

Fransız səfir “erməni soyqırımı”nı tanımadı
19.01.2015 15:26
Fransanın ABŞ-dakı səfiri Jerar Aro (Gérard Araud) bu fikri Amerikanın MSNBC News teleşirkətinə verdiyi müsahibədə bildirib.

Səfir teleşirkətin aparıcısının sözlərinə bir qədər düzəliş verərək ona xatırladıb ki, Birinci Dünya müharibəsi dövrünə aid hadisələrin ermənilər tərəfindən şərhinin Fransada inkar olunmasını kriminallaşdıran qanun yoxdur, Holokostun bir fakt kimi inkar edilməsi isə cinayət kimi cəzalandırılır.

Xatırladaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Doqu Perinçekin İsveçrəyə qarşı iddiası əsasında 2013-cü il dekabrın 17-də analoji məzmunlu hökm çıxarıb. O vaxt AİHM belə hesab edib ki, Holokostdan fərqli olaraq, Birinci Dünya müharibəsi dövründə baş vermiş hadisələr barədə ermənilərin dediklərinin soyqırımı faktı kimi qəbul edilməsi üçün zəruri şərtlərindən biri kimi nəinki beynəlxalq tribunalın verdikti, hətta bu haqda akademik mühitdə konsensus da yoxdur. Deməli, qondarma erməni soyqırımı "fakt” deyil, ya da yalnız ona inananlar üçün faktdır. Bəşəriyyətin qalan hissəsi isə nəinki bunun əksini düşünmək, həm də bu fikri ümumbəşəri söz azadlığı hüququ çərçivəsində açıq ifadə etmək hüququna malikdir.

Məhkəmənin bu hökmündən sonra İsveçrə hökuməti erməni lobbisinin təzyiqi altında apelyasiya şikayəti verib. Bu il yanvarın 28-də, yəni gələn həftə AİNM-nin ali instansiyası həmin şikayətə baxacaq. AİHM-nin əvvəlki qərarının dəyişdirilməsi ehtimalı, xüsusən bu yaxınlarda satirik jurnala qarşı terror aktı və söz azadlığının hamılıqla dəstəklənməsi ilə əlaqədar, son dərəcə azdır.

Beləliklə, erməni mif yaradıcılarının bu uydurmasının yüz illiyi ərəfəsində, çox güman ki, onların burnuna növbəti "hüquqi çırtma” vurulacaq. //azvision.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol