• $
  • €
  • ₽
  • ₺
  • £

Gümrü qətliamının səbəbi açıqlandı - QİSAS

Gümrü qətliamının səbəbi açıqlandı - QİSAS
20.01.2015 13:11
Valeri Permyakov hadisəni qisas zəminində törətdiyini bildirib

Rusiya İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi Ermənistanın Gümrü şəhərində baş verən qətlin motivini açıqlayıb.

APA-nın "news.am” saytına istinadən verdiyi xəbərə görə, idarənin məlumatında bildirilir ki, Rusiyanın Gümrüdə yerləşən 102-ci hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakovun bir ailənin yeddi üzvünü qətlə yetirməsinin səbəbi SSRİ dövründə erməni cinayətkar Vladimir İonesyan tərəfindən rusların silsilə qətlinin qisasının alınmasıdır.

Dindirilmə zamanı V. Permyakov bildirib ki, V. İonesyan tərəfindən qətlə yetirilən şəxslərdən birinin qohumudur. Rus hərbçi qeyd edib ki, V. İonesyanın hələ o, dünyaya gəlməmişdən əvvəl törətdiyi qətllər, o cümlədən qohumunu öldürməsi onu sarsıdıb və bunun qisasını almaq qərarına gəlib.
 
Xatırladaq ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib. Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb. İnsident zamanı Avetisyanlar ailəsinin müxtəlif xəsarətlər alan 6 aylıq üzvü Seryoja Avetisyan isə yanvarın 19-da ölüb. Hadisə ilə bağlı istintaq Ermənistan və Rusiya hüquq-mühafizə orqanları tərəfindən birgə aparılır. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin hazırda Ermənistandadır.

Qeyd edək ki, 1937-ci ildə Tbilisidə anadan olan V. İonesyan isə SSRİ-də ilk silsilə qətllər törədən qatillərdən olub. O, adətən qurbanlarının evinə özünü Moskva şəhər Qaz İdarəsinin əməkdaşı kimi təqdim edərək daxil olduğuna görə, "Mosqaz” ləqəbi ilə tanınıb. V. İonesyan 1963 və 1964-cü illərdə Moskva və İvanovo şəhərlərində ümumilikdə 5 nəfəri qətlə yetirib. Qətllərdən öncə isə o, müxtəlif cinayətlər törətdiyinə görə, həbs olunub.

V. İonesyan törətdiyi qətllərə görə, məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum edilib və 1964-cü il fevralın 1-də güllələnib.

ANN.Az


  
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol