• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərbaycan və Ukrayna dostluğa, əməkdaşlığa, sadəcə, məhkumdur”

“Azərbaycan və Ukrayna dostluğa, əməkdaşlığa, sadəcə, məhkumdur”
22.01.2015 12:37
"Azərbaycanın torpaqları işğal olunub, amma beynəlxalq təşkilatlar onu işğalçı tərəflə razılıq əldə etməyə, ümumi dil tapmağa çağırırlar”.
 
APA-nın məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin 22 Yanvar - Birlik Günü münasibətilə keçirilən dəyirmi masada deyib.
 
"Azərbaycanın bugünkü şərtlərdə işğalçı ilə razılığa gəlməsi çox çətindir. Bu məsələdə Ukrayna ilə Azərbaycanın vəziyyəti oxşardır. Azərbaycana deyirlər ki, təcavüzkarla razılaşmağın yolunu tapın. Təcavüzkarla necə ümumi dil tapmaq olar? Təcavüzkar xoşbəxtdir, o, işğal etdiyi torpaqları qaytarmaq istəmir", - deyə səfir qeyd edib.
 
A.Mişşenko əlavə edib ki, iki ölkə daha da yaxınlaşmalı, səylərini birləşdirməlidir: "Biz dostluğa, əməkdaşlığa, sadəcə, məhkumuq, taleyimiz budur”.
 
Səfir 1919-cu ilin 22 yanvar tarixində Ukrayna Xalq Respublikası və Qərbi-Ukrayna Respublikası arasında Birləşmə Aktının imzalanmasına toxunaraq, bu günün Ukraynanın dövlətçilik tarixində xüsusi yer tutduğunu deyib: "Mən Azərbaycan Demokratik Respublikasının tarixindən bəhs edən videoçarxa da baxmışam. Qeyd edim ki, Azərbaycan tarixindəki ADR səhifəsi mənə çox tanış gəldi, bizim xalqların taleyində, milli azadlıq mübarizəsində ortaq məqamlar nəzərə çarpdı”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol