• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev:"Biz Avropa İttifaqına mümkün qədər yaxın olmaq istəyirik"

İlham Əliyev:"Biz Avropa İttifaqına mümkün qədər yaxın olmaq istəyirik"
22.01.2015 22:05
"Bu bizim üçün tək bazar və texnologiyaya keçid deyil, bu həm də onun təminatıdır ki, bizim müasir dünyəvi inkişafımız davam edəcək"

"Azərbaycan, Qazaxıstan və bizim digər qonşularımız gələcəkdə ölkələrimizdə stabilliyin, sülhün və inkişafın olmasını istəyirik. İnsanlarımız daha yaxşı, təhlükəsiz şəraitdə yaşasınlar”. 
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş "Transformasiya prosesində regionlar: Avrasiya” panelində çıxışı zamanı deyib. Dövlət başçısı çıxışında potensial təhdidlərin mövcud olduğunu qeyd edib: "Əsas məsələ ölkənin buna necə yanaşmasıdır. Bunun qarşısını almaq üçün nə etmək lazımdır? Əgər təhdid aşkardırsa və artıq təzyiqlər edilirsə, deməli artıq gecdir. Belə olduğu halda daha çox çalışmaq gərəkdir və cəmiyyətdə elə bir atmosfer yaratmaq lazımdır ki, bu təhdidlər minimum olsun. Buraya iqtisadi inkişaf, işsizliyin və yoxsulluğun aradan qaldırılması, idarəetmə və sosial ədalət daxildir”.
 
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda iqtisadi islahatlara başlananda bu o qədər asan deyildi, çünki sistem tamamilə dəyişməli idi:  "Biz çox çətin vəziyyətdə idik, neft və qaz sahəsində inkişafa malik deyildik. İqtisadi sistemin dəyişməsi çoxsaylı iqtisadi gərginliklərə səbəb olmuşdu. Azərbaycanda sosial və iqtisadi siyasət həmişə paralel gedib. Çünki radikal iqtisadi islahatlar sosial problemlərin həllinə xidmət edir”.
 
Dövlət başçısı ölkədə təhsil sahəsində də ciddi islahatların aparıldığını qeyd edib: "10 il əvvəl  mənim ictimai müraciətlərimdən biri o olub ki, biz "qara qızıl”ı insan kapitalına çevirməliyik. Digər tərəfdən neft gəlirlərini təhsilin, müasir texnologiyanın, xidmətlərin inkişafına yönəltməliyik. Buna görə də bu gün Azərbaycan kosmos sənayesinə malik ölkədir. Bizim iki peykimiz mövcuddur”.
 
Prezident İlham Əliyev radikalizmin hamı üçün təhdid olduğunu vurğulayıb: "Azərbaycanın geosiyasi mövqeyi elədir ki, radikallarla Avropa arasında təbii baryerdir. Başqa sözlə desək, Azərbaycanda, o cümlədən Qazaxıstanda, stabilik və təhlükəsizlik tək bizim üçün deyil həm də qonşularımız üçündür. Bizim ölkənin əhəmiyyəti çoxunun düşündüyü kimi tək qaz və neftə görə deyil. Biz həm də dünyəvi, modern müsəlman ölkəsiyik. Biz nümayiş etdiririk ki, bütün ənənəvi dinlərə hörmət şəklində müsəlman ölkəsində modern, dünyəvi cəmiyyətə sahib olmaq olar. Bizim təşəbbüsümüz Avropa İttifaqına daha yaxın olmaqdır. Mən çıxışlarımda da deyirəm ki, biz Avropa İttifaqına mümkün qədər yaxın olmaq istəyirik.  Bu bizim üçün tək bazar və texnologiyaya keçid deyil, bu həm də onun təminatıdır ki, bizim müasir dünyəvi inkişafımız davam edəcək. Eyni zamanda bu bizim regionun qiymətləndirilməsi baxımından da vacibdir”.
 
"Siyasi islahatlar çox vacibdir. Çünki bu olmadan heç bir ölkə dayanıqlı inkişafa nail ola bilməz. Biz Azərbaycanda inkişaf etmiş ölkələrlə eyni vəziyyətə və sistemə nail olmaq istəyirik. İnkişaf etmiş ölkələr baxsanız görərsiniz ki, onların heç birində  neft və qaz yoxdur. Neft və qaz inkişafa təkan verir. Azərbaycan regional təhlükəsizlikdə də böyük rol oynayır. Biz həmçinin qitələrin əlaqəsinə imkan verən  Bakı-Tbilisi-Qars dəmir yol xəttini tikirik. Bundan hər kəs xeyir əldə edəcək: Rusiya, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Avropa. Biz belə bir layihələri daha çox reallaşdırmalıyıq”. 

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Dünya 22:15
Zelenskinin keçmiş mətbuat katibinə dövlətə xəyanət ittihamı irəli sürülüb
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Dünya 21:42
Qrenlandiya parlamenti ABŞ ilə təhlükəsizlik müqaviləsini təsdiqləyib
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
Dünya 20:17
Ukrayna, ABŞ, Avropa və NATO nümayəndələri Brüsseldə görüşəcəklər
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
Dünya 19:35
14 İran vətəndaşı Azərbaycanda “arzuolunmaz şəxs” elan edilib
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Dünya 18:10
ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
Dünya 17:35
Tramp ilin sonuna qədər İsrailə hərbi yardımın dayandırılacağını bəyan edib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Dünya 17:12
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edilib
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Dünya 16:06
Zaporojye vilayətinə aviazərbələri nəticəsində ölənlərin sayı 31-ə çatıb
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Dünya 14:43
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol