• $
  • €
  • ₽
  • ₺
  • £

Köçəryan dövlət nümayəndələrini sərt tənqid etdi

Köçəryan dövlət nümayəndələrini sərt tənqid etdi
23.01.2015 14:18
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Gümrü şəhərində 7 nəfərin ölümü ilə nəticələnən cinayətə münasibət bildirib.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, sabiq prezident hadisədən sonra rəsmi dövlət nümayəndlərinin hərəkətlərini sərt tənqid edib.

"Aydındır ki, insanların qəzəbi nəticələri öncədən bəlli olmayacaq kütləvi iğtişaşlara səbəb ola bilərdi. Bunun qarşısını almaq üçün hakimiyyət dərhal reaksiya verməli idi. İlk növbədə cinayət işinin erməni hüquq-mühafizə orqanları tərəfindən araşdırılacağı və cinayətkarın Ermənistan məhkəməsi qarşısına çıxarılacağı deyilməli idi. Çünki 1999-cu ildə bizdə belə presedent olmuşdu.

Əminəm ki, bu həm Ermənistan, həm də Rusiya tərəfi üçün önəmli idi. Belə ki, bununla ölkələr arasındakı münasibətlərə faciə kontekstində baxılmayacaqdı. Bizim məmurlar isə öz çaşqın, ziddiyyətli və qarışıq bəyanatları ilə vəziyyəti daha da gərginləşdirdilər və situasiyaya milli aşağılanma çaları qatdılar. Nəticədə insanlar öz qəzəblərini erməni polisinin üstünə tökdülər”.

Yanvarın 12-də Gümrü şəhərində Avetoisyanlar ailəsinin 6 üzvü 102-ci hərbi bazanın əsgəri Valeri Permyakov tərəfindən öldürülüb. Ağır yaralanan 6 aylıq körpə Seryoja Avetsiyan isə yanvarın 19-da dünyasını dəyişib.

Permyakov hadisə törətdikdən sonra Ermənistan-Türkiyə sərhədində saxlanılıb. Onun barəsində Rusiya və Ermənistan prokurorluqları cinayət işi açıblar.

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol