• $
  • €
  • ₽
  • ₺
  • £

"Microsoft"un yeni əməliyyat sistemi

"Microsoft"un yeni əməliyyat sistemi
23.01.2015 21:06
"Microsoft" Korporasiyası yeni "Windows 10" əməliyyat sistemini təqdim edib.
 
Təqdimatda çıxış edən "Windows" istehsalı şöbəsinin rəhbəri Terri Mayerson qeyd edib ki, "Microsoft" Korporasiyası təkmilləşməsi vacib olan sahələri müəyyənləşdirib – bunlar mobillik, etibar və təbii qarşılıqlı əlaqə. Onun sözlərinə görə, "Windows 10" əməliyyat sistemindən daha çox istənilən qurğu ilə qarşılıqlı əlaqə yarada bilən xidmətdir. "Windows Phone 8.1", "Windows 8" və "Windows 7" istifadəçiləri üçün "Windows 10" il ərzində tam pulsuz olacaq.
 
Korporasiyanın nümayəndəsi bildirib ki, "Microsoft" əvvəlki "Start" menyusunu qaytarıb və yeni əməliyyat sistemində onu ekran boyu uzatmaq imkanı mövcuddur, lakin istənilən zaman onu "Windows 7"-dəki kimi kiçiltmək olar.
 
Yeni əməliyyat sistemində əhəmiyyətli yeniliklərdən biri "Cortana" səs köməkçisinin bütün qurğular tərəfindən dəstəklənməsidir. Köməkçinin xüsusiyyəti onun təlimi və fərdiləşdirilməsidir – istifadəçilərlə qarşılıqlı əlaqə zamanı "Cortana" müvafiq məlumat toplayır və onu gələcəkdə daha uğurlu qarşılıqlı əlaqə üçün istifadə edir.   
 
Daha bir yenilik əvvəl anons olunmuş "Spartan" brauzeridir. Onun əsas xüsusiyyətindən biri – brauzer rejimində səhifələrdə qeydlərin saxlanılmasıdır.  Onları qoruyub saxlamaq, həmçinin paylaşmaq üçün elektron poçt və ya sosial şəbəkələrdən istifadə etmək mümkündür. Bundan başqa, "Spartan" brauzerinə də "Cortana" səs köməkçisi quraşdırılıb.
 
"Microsoft"un təqdimatında əsl innovativ məhsul əlavə edilmiş reallıq eynəkləri olub. Holoqrafik təsviri gözün tor qişasına proyeksiya salan qurğuya "HoloLens" adı verilib. Eynəklərə xüsusi olaraq "HoloStudio" proqramı hazırlanıb ki, bu proqram istifadəçilərə yaradılan 3D obyektlərinin mübadiləsinə, həmçinin 3D printer vasitəsilə alınmış şəkilləri çap etməyə imkan yaradır. //ictnews.az

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol