• $
  • €
  • ₽
  • ₺
  • £

Hillari Klinton Putini ələ saldı - VİDEO

Hillari Klinton Putini ələ saldı - VİDEO
29.05.2020 06:45
ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Kanadada qonaq olduğu verilişlərin birində Rusiya prezidenti Vladimir Putini ələ salıb.  

Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, aparıcının Klintondan  "2016-cı ildə Amerika prezidenti olmaq istəyirsinizmi” sualına Klinton "proses var, amma bu proses cənab Putində olan prosesdən fərqlidir”, - deyə cavab verib. Sonra isə Vladimir Putini yamsılamağa başlayıb.

"O, prezident olmazdan qabaq baş nazir idi. Və bir dəfə o, özü-özünə deyir:  

- Vladimir, necə fikirləşirsiniz, siz yenə prezident olmaq istəyərdinizmi?

- Düşünürəm ki, istəyərdim.

- Bəs niyə, sadəcə, bu haqda elan verməyək?

- Dmitriyə də deyərik ki, o, baş nazir ola bilər.

- Əla, əla ideyadır. Axı, bizdə seçim prosesi mövcuddur".

Hillari Klinton 2 müxtəlif səslə Putinin öz-özüylə danışmasını təsvir edib.


Xatırladaq ki, Hillari Klintonla Vladimir Putinin qarşılıqlı antipatiyası mətbuata çoxdan məlumdur. 2014-cü ilin aprelində Klinton Putinin davranışlarını ibtidai məktəb uşaqlarının davranışı ilə müqayisə etmişdi. Həmin ilin iyulunda isə fransalı jurnalistlərə müsahibə verən Putin Klintonu "öz şərhlərində "heç də həmişə nəzakətli olmayan” siyasətçi kimi xarakterizə etmişdi.


ANN.Az
 
 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol