• $
  • €
  • ₽
  • ₺
  • £

Putinin işğal planı

Putinin işğal planı
30.01.2015 18:49
Rusiya Dövlət Dumasının müxalifətdə olan deputatı İlya Ponomaryov Kremlin Ukraynada növbəti işğalçılıq planları haqqında proqnoz verib.

ANN.Az Publika.az-a istinadən xəbər verir ki, rusiyalı deputat ən radikal variantın Odessaya qədər ərazilərə müdaxilə olduğunu bildirib.

"Hesab etmirəm ki, bu ən ehtimal variantdır, amma mümkündür. Ona hazır olmaq lazımdır”, - İlya Ponomaryov deyib.

Onun sözlərinə görə, minimum variant olaraq separatçıların təsir dairəsinin Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə qədər genişləndirilməsi mümkündür: "Bu, "Dnestryanı ssenari”yə gətirib çıxaracaq. Maksimum variant isə Odessaya qədər ərazilərə müdaxilədir. Birinci variant danışıqlarda sülh şərtlərini diktə etməyə xidmət edir. Bu mümkün olmadıqda isə ikinci variant gündəmə gələcək. Hazırda Ukraynanın şərqində hər şey Putinin məntiqi çərçivəsində inkişaf edir”, - rusiyalı deputat qeyd edib.

Rusiyalı deputatın fikrincə, Odessa və Xarkov daha yüksək risk zonasındadır: "Demək olarmı ki, müdaxilə haqqında qərar qəbul edilib? Xeyr. Amma bunun üçün hazırlıq gedir və bunu adi gözlə də görmək mümkündür”.

İlya Ponomaryov qeyd edib ki, Ukraynada üçüncü Maydanın təşkili Kremldə hazırda prioritet ssenaridir: "Kremldə sülh və müharibə partiyaları arasında mübarizə gedir. Amma bunların hər ikisi anti-Ukrayna partiyasıdır. Sülh partiyası hesab edir ki, silahla danışmaq lazım deyil, bu yalnız Ukrayna millətini birləşdirir və bir az gözləmək lazımdır. Sülh partiyasının fikrincə, Ukrayna hökumətinin özü Ukraynanın dağılması üçün hər şeyi edəcək”.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol