• $
  • €
  • ₽
  • ₺
  • £

"Türklər yüksəkdə duran bir millətdir" - Əhmədinejad

"Türklər yüksəkdə duran bir millətdir" - Əhmədinejad
11.02.2015 11:23
Bugünlərdə Türkiyədə qonaq qismində səfərdə olan İranın keçmiş prezidenti Mahmud Əhmədinejad TRT-yə siyasətdən kənar danışmaq şərtilə müsahibə verib. Qeyd edək ki, 8 il İranın dövlət başçısı olan M.Əhmədinejad prezidentlik müddəti bitdikdən sonra nə ölkədaxilində, nə ölkəxaricində jurnalistlərə müsahibələr verib, çalışıb mediadan uzaq olsun.

ANN.Az türk mediasına istinadən xəbər verir ki, keçmiş dövlət başçısı İslam coğrafiyasının inkişafı üçün iki ölkənin birlikdə hərəkət etməsinin vacibliyini vurğulayıb.

İran və Türkiyənin əl-ələ verməsinin vacib olduğunu bildirən M.Əhmədinejad İslam ölkələri arasında nifaq toxumunın səpilməsin çalışıldığını, bu tələyə düşməməyin lazımlılığını qeyd edib.

"Türk millətinə hörmətim böyükdür, heç zaman oturaq vəziyyətdə onlara xitab etmərəm" - deyən sabiq prezident özəl reportaj olmasına rəğmən, TRT müxbirinə ayaqüstü açıqlama verib: "Türklər yüksəkdə duran bir millətdir, çox qürurlu bir millətdir, müstəqillik, azadlıq və ədalət istəyən və bunlar üçün daim mübarizə aparan bir millətir. Türklər əsrlərlə islamın bayraqdarı olub. Mən bu bölgənin iki böyük gücü - Türkiyə və İranın əl-ələ verməsinin vacibliyinə inanıram. Türkiyə çox sürətlə inkişaf edən ölkədir. Hər iki ölkə əhalisinin sayı təxminən 80 milyona çatıb və əhalinin əksəriyyəti gənclərdən ibarətdir. İran dünyanın ən zəngin təbii qaz və neft ehtiyatlarına sahibdir. İslam dünyasının iki böyük milləti əl-ələ verərsə, nələri bacarmaz ki? Ortaq avtomobillər, təyyarələr istehsal edə bilər, bütün İslam aləminə öz töhfəsini verə bilər".

M.Əhmədinejad islam ölkələri arasında nifaq toxumu salınmağa çalışıldığını və bu məsələdə bütün müsəlman ölkələrinin diqqətli olması xəbərdarlığını edib: "İslam dünyasında məzhəb savaşı salmağa çalışırlar. Müsəlmanları bir-birlərinə qarşı qaldırmağa çalışırlar. Dünənə qədər yan-yana namaz qılan insanlar bu gün bir-birlərini öldürürlər. Qərb kəşfiyyat təşkilatlarının qurduğu və böyütdüyü terror təşkilatları bu oyuna xidmət edir. Müsəlman məzhəbindən asılı olmayaraq müsəlmandır, kimsə bu oyuna gəlməməli, bu tələyə düşməməlidir".

Əhmədinejad İranın nüvə fəaliyyəti ilə bağlı olaraq bunları deyib: "Bu mövzu İran üçün milli məsələdir. Partiya, siyasətdən də üstün bir məsələdir. İran nüvə silahlarının yayılmasının qarşısının alınmasına imza atıb və məqsədi sadəcə nüvə enerjisi istehsal etməkdir, silah deyil. Nüvə enerjisi hər ölkənin olduğu kimi İranın da haqqıdır".

Türkiyənin Fələstin xalqının yanında durması, onu dəstəkləməsindən qürur duyduğunu ifadə edən keçmiş prezident deyib: "Qüds hamımız üçün, bütün müsəlmanlar üçün müqəddəsdir. Məscidül-Əqsaya qarşı atılan çirkin addımlar hər birimizi yaraladı və bu bağışlanmaz bir səhvdir. İşğal altında olan torpaqlar qan ağlayır. Türkiyə də Fələstin davasında sonuna qədər dəstək verir və biz də bundan qürur duyuruq".

ANN.Az


Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol