Rusiyada hicaba qadağa qoyuldu

Rusiyanın Ali Məhkəməsi Mordoviya Respublikasında məktəblərdə hicaba qadağanı təsdiq etdi.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
"Məhkəmə kollegiyası Mordoviya Respublikasının Ali Məhkəməsinin orta ümumtəhsil məktəblərində hicaba qadağa ilə bağlı qərarını dəyişikliksiz saxlamaq barədə qərar qəbul edib. Qərarın ləğvi ilə bağlı apellyasiya şikayəti isə təmin olunmayıb ”, - məhkəmə iclasında qeyd olunub.
Qanuna əsasən, məhkəmə qərarı qəbul olunandan sonra qüvvəyə minir və icrası mütləqdir.
Qeyd edək ki, öncə Rusiya Federasiyasının təhsil və elm naziri Dmitri Livanov bildirmişdi ki, ölkə məktəblərində geyimə görə tələbləri müəyyən edən normaların dəyişdirilməsi üçün heç bir əsas yoxdur
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















