• $
  • €
  • ₽
  • ₺
  • £

İran prezidenti Qərbə səsləndi

İran prezidenti Qərbə səsləndi
28.05.2020 22:08
Bu gün İran İslam Respublikası Ayətullah Xomeyninin liderliyi ilə baş tutmuş inqilabın 36-cı ildönümünü qeyd edir.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ölkənin paytaxtı Tehranda xalq saat 08.00-dan başlayaraq Azadlıq meydanına yürüməyə başlayıb. meydana gedən yollar avtomobillərə qapadılıb. Polis əməkdaşları təhlükəsizlik tədbirlərini gücləndirib və yürüşə qatılan hər kəsin üstü yoxlanılıb.

Yerli saatla saat 09.30-da dövlət rəhbərliyinin çıxışları başlayıb və sonda prezident Həsən Ruhani nitq söyləyib. O, inqilabın üç ana şüarının - müstəqillik, azadlıq və islam respublikası olduğunu deyib.
 
 
 
 
 
Milyonlarla iranlıya xitab edən prezident Qərb ölkələrinə tövsiyə verib ki, razılaşmaların əldə olunması üçün uyğun fürsətlərdən yararlanmaq lazımdır: "Qərb ölkələri İrana qarşı insanlıq və qanundankənar sanksiyaları aradan qaldırmalı, daha sonra rəsmi Tehranla uyğun razılaşma əldə olunmalıdır. Bu sanksiyaların aradan qaldırılması həm İran, həm də P5+1 ölkələri üçün faydalı olacaq. İran dünyada sülhün və təhlükəsizliyin canlandırılmasına yardımçı olmaq məqsədilə müzakirə masasındadır".

Çıxışını davam etdirən Ruhani əlavə edib ki, beynəlxalq qanunlar çərçivəsində sülhə xidmət edən nüvə fəliyyəti şəffaflığı mövzusunda razılığa gəlməyə hazırıq: "Buna qarşılıq olaraq insanlıqdan uzaq və qanundankənar sanksiyaların götürülməsi mümkün ola bilər. Bu vəziyyət hər iki tərəf üçün faydalı ola bilər".

1979-cu il fevralın 1-də Rza Şah İrandan qaçmış və Fransada mühacirətdə olan Ayətullah Xomeyni ölkəsinə geri dönmüşdü. Onu qarşılamaq üçün 10 milyon adam küçələrə tökülüşərək, həmin il fevralın 11-də böyük mübarizə zəfərlə nəticələnmiş, İranda İslam Respublikasının qurulması elan olunmuşdu.

ANN.Az

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol