• $
  • €
  • ₽
  • ₺
  • £

5 milyon dollarlıq yalan

5 milyon dollarlıq yalan
11.02.2015 21:37
Amerikada bir aparıcı yalan xatirəsinə görə, 5 milyon dollar ziyana düşdü. 

ANS PRESS-in məlumatına görə, ABŞ-ın ən çox izlənən xəbər aparıcılarından olan Brian Uilyams NBC kanalında İraq savaşında yaşadığını dediyi bir xatirəni paylaşıb. 

Amma qısa müddət sonra onun danışdıqlarının gerçək olmadığı üzə çıxıb. Uilyams 6 aylıq kanaldan uzaqlaşdırılıb. İllik 10 milyon dollar qazanan aparıcı bununla da 5 milyon dollar pul itirib. 

Brian Uilyams CBS kanalında qonaq olarkən 2003-cü ildə İraqda mindiyi helikopterin raketlə vurulduğunu, Zədənən helikopterin yerə məcburi eniş etdiyini demişdi. O, atəş altında qalarakən bir amerikalı əsgərin onu qoruduğunu da demişdi. 

Hər axşam 10 milyondan çox insanın izlədiyi "NBC Nightly News"un aparıcısı Uilyams bu xatirəsini dəfələrlə danışıb. Bunu dəfələrlə eşidən jurnalistlərdən biri həmkarının xatirəsini araşırmağa başlayıb və onun yalan olduğunu üzə çıxarıb. 

Yalanı üzə çıxan aparıcı başınınq arışıq olduğunud eyərək izləyicilərindən üzr istəyib. Lakin bunun heç bir faydası olmayın və verilişindin reytinqində rekord düşmə qeydə alınıb. Bunu görən kanal rəhbərliyi onu 6 aylıq öz hesabına məzuniyyətə göndərib. 

Kanalın xəbər xidmətinin rəhbəri Deborah Turness Uilyamın başqa xatirələrinin də yalan olduğunu üzə çıxardıqlarını deyib. 

Uilyams 2005-ci ildə Katrina qasırğasını cənginə alan Nyu Orleanda qaldığı otelin pəncərəsidən suda üzən cəsədlər gördüyünü də demişdi. Lakin onun qaldığı otelin fəlakət bölgəsindən çox uzaq olduğu və buna görə də cəsəd görməyinin mümkünsüz olduğu deyilmişdi. 

Xatırladaq ki, Brian Uilyams ötən ilin sonunda NBC ilə 5 illik müqavilə imzalamışdı. O, kanaldan ildə 10 milyon dollar qazanır. 

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol