• $
  • €
  • ₽
  • ₺
  • £

9 uşaqlı CEO uğurunu necə əldə etdi? - BBC

9 uşaqlı CEO uğurunu necə əldə etdi? - BBC
12.02.2015 23:16
"Newton Fund Management"şirkətinin 48 yaşlı icraçı direktoru (CEO) Helena Morrissey kişi tabeliyində olan bir sektorda ən yüksək pilləyə qalxmağa müvəffəq olmuş qadındır.

Zərif cinsə məxsus birisinin iş dünyasında idarə heyətinin sədrliyinə qədər yüksəlməsi nadir hallarda rastlaşan faktdır.

London Birjasının indeksi olan və 100 şirkətdən ibarət FTSE indeksində yer alan şirkətlərin idarəetmə komissiyalarında qadınların nisbəti yalnız 22,8 faiz təşkil edir. FTSE 250 indeksi daha kiçik miqyaslı şirkətlər arasında isə bu nisbət 17,4-ə qədər azalır.

Qadın CEO-ların göstəricisi isə daha azdır: İngiltərədəki ən iri 100 şirkətdən yalnız 5-də qadın rəhbər vəzifə tutur. Onlardan biri 50 milyard sterlinq büdcəyə malik "Newton Fund Management"in CEO-su Helena Morrisseydir. Bir nüansı qeyd etmək yerinə düşərdi ki, bu qadın həm də 9 uşaq anasıdır.

Yüksək səviyyəli idarəçilik üstünlüyü


"Prioritetlərimi amansızlıqla müəyyənləşdirirəm. Zamanımı da son dərəcə dəqiqliklə nəzarətdə saxlayıram" Morrissey BBC-nin müxbiri ilə söhbətində belə deyib. Evdə ona kömək edən dayəsinin olduğunu və ərinin də ona evdə yaxından yardım etdiyini etiraf edir. Bununla belə o, həm evdəki, həm də iş həyatındakı nailiyyətlərinə görə peşə fəaliyyəti zamanı qazandığı praktikanın önəm daşıdığını deyir: "İcraçı direktor olmaq praktikası öhdəliklərimə düşən gündəlik məsələlərin həlli zamanı daha böyük azadlıqları təmin edir". Morrissey ev-iş məsuliyyətlərinin daha yaxşı tənzimlənməsi üçün qadınların yüksək vəzifələrə gətirilməsinin lazım olduğunu müdafiə edən yeganə rəhbər deyil.

Marissa Mayer
 
 
 
 
 
"Yahoo"nun icraçı direktoru Marissa Mayer, nəhəng internet şirkətinin başına keçəndən bir neçə ay sonra uşaq dünyaya gətirmiş və iş otağına bitişik şəxsi körpə otağı düzəltdirmişdi.

Qadınlar üçün "Sərhədlərini zorla" adlı kitab yazan və "Facebook"un baş əməliyyat işçisi Sheryl Sandberg qeyd edir ki, iş yerlərində qadın işçilərinin sayının çoxalması qadın liderlərin artmasına səbəb olacaq və bu zaman bütün qadınlara qarşı hər kəs daha adil olacaq, ədalətli rəftar nümayiş etdirməyə məcbur olacaq: "Bu qədər işi necə edə bilərəm deyən digər qadınları ruhlandırmaq istəyirəm. Bir az daha çox nəzarət sahibi olana qədər irəliləməyə davam edin".

Müxtəlifliyin əhəmiyyətini dərk edən şirkətlər həmişə uğur qazanır
 
 
 
 
 
Helena Morrissey idarəetmə komissiyalarının tərkibində qadınların çoxluq təşkil etməsi nisbətinin tətbiqinə qarşı çıxır, amma bununla belə daha çox sayda qadının rəhbər səviyyələrə yüksəlməsi üçün fəaliyyət göstərir.

2010-cu ilin noyabr ayında ingilis şirkətlərin idarəetmə komissiyalarında qadın rəhbərlərinin göstəricisi 12,5 faiz idi. Belə bir vaxtda H.Morrissey "30 faizlik klub" adı altında bir kampaniyaya start verir. Onun hədəfi 2015-ci ilin sonuna qədər FTSE 100 rəhbərlərindən 30 faizinin qadınlardan ibarət olmasıdır.

Morrissey həmçinin 20 ildən çoxdur ki, iş yerində gender bərabərliyi üçün çalışır və qadınların daha çox uğurlu olmasını istəyən "Opportunity Now" adlı qrupa da rəhbərlik edir.

BBC-nin müxbiri ilə söhbətində o, gün boyu apardığı çətin vəzifə ilə yanaşı bu cür kampaniyalara da xeyli zaman ayırdığını deyir. Amma əksər müştərilərinin onu dəstəklədiyini və bu fəaliyyətinin şirkətin investisiya sahəsindəki mövqeyinə uyğun gəldiyini bildirir: "Müxtəlifliyin əhəmiyyətini qavramış olan şirkətlər, adətən, digər məsələlərdə də önə keçmiş olurlar".

Şəxsi prioritetlərin əhəmiyyəti
 
 
 
 
 
H.Morrissey deyir ki, şirkətlərin idarəetmə komissiyalarında qadınların sayının artırılmasının əhəmiyyəti günü-gündən daha çox görünsə də, işin praktikası zamanı bu o qədər də asan başa gəlmir: "İş həyatında son dərəcə dürüst olmaq yetərli hesab olunmur. Əgər insanlar məni paltar səbətlərini sürüklən rəhbər halında təsəvvür edərlərsə, bu zaman onları öz vəzifələrini yetərincə yerinə yetirməyə gücüm yetməz". Bu səbəbdən də Helena Morrissey şirkət daxilində bəzi qəti qaydalar qoymaq məcburiyyətində qaldığını da etiraf edir.

"Övladlarının doğum günü ilə eyni vaxtda ABŞ-da vacib tədbirə getmək nəzərdə tutularsa, necə seçim edər" - sualına gəlincə, H.Morrissey "Övladımın əziz günündə onunla birgə olaram" cavabını verib. O, əslində özünü təbii bir lider olaraq görmədiyini, amma bu vəzifəni xoşladığını bildirib.

Hazırladı Nuray
ANN.Az















Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol