• $
  • €
  • ₽
  • ₺
  • £

Putin Tiflisə ultimatum verdi

Putin Tiflisə ultimatum verdi
27.02.2015 18:00
Bu həftə Rusiya və Gürcüstan arasında Praqada keçirilən görüşdə Abxaziya dəmir yolunun açılması müzakirə olunmalı idi.

ANS PRESS-in məlumatına görə, bunu Rusiya tərəfi bildirmişdi, amma Gürcüstan təmsilçisi Zurab Abaşidzenin dediyinə görə, görüşdə bu məsələ müzakirə olunmayıb. Tiflisdən verilən məlumata görə, Rusiya Gürcüstandan Abxaziya yolunu açmağı tələb edir. Tiflisdə bunu Putinin yeni ultimatumu adlandırırlar.

Əslində, Abxaziya dəmir yolunun açılması öhdəliyi Rusiyanın adamı sayılan Bidzina İvanişvilinin də qarşısına məqsəd kimi qoyulmuşdu. O, hətta baş nazir təyin olunandan sonra dərhal İrəvana getmişdi və orada dəmir yolunun açılmasını vacibliyini vurğulamışdı.

İrəvan da dərhal bu ideyanı dəstəkləmişdi. Təbii ki, Gürcüstanın özündə əsas qüvələr ideyanı dəstəkləməmişdilər, çünki bu, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyinin tanınması demək idi.

O vaxt Rusiya məsələnin üstünə çox getməmişdi, çünki Bidzina İvanişvilinin müvəqqəti olduğu göz qabağında idi. Amma indi Rusiya tələbini yeniləyib. Ermənistan parlamentində də bir canlanma var. Əslən Axalkalakidən olan deputatlar dəmir yolunun açılmasını vacib sayırlar.

Amma bu, bir sıra erməni şərhçiləri qorxudur. "Əgər Rusiya Gürcüstanı təslimə məcbur edə bilərsə, onda Gürcüstan və Ermənistan müstəqilliyini itirəcək və Rusiya imperiyasının bir hissəsinə çevriləcək”, - deyə erməni şərhçi Naira Hayrumyan vurğulayır.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol