• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatların çay pulunu kəsdilər

Deputatların çay pulunu kəsdilər
08.03.2015 14:27
Böyük Britaniya dövləti deputatlarına çay, peçenye və taksi pulunu ödəməyəcək.

ANS PRESS-in məlumatına görə, bunu Parlament Standartlarının İcra edilməsinə Nəzarət edən müstəqil komitet bildirib. Belə bir qərarın qəbul edilməsinə səbəb isə ölkədə may ayında keçiriləcək seçkilərdən sonra xərclərin azaldımasıdır. Sənəddə bildirilib ki, qonaqların qəbul edilməsi və qidalanmaya ayrılan xərclər də daxil olmaqla, bir çox qaydalara məhdudiyyətlər və dəyişikliklər ediləcək. Həmçinin mehmanxana və taksi istifadəsi qaydaları da sərtləşdiriləcək. Bundan başqa, televiziya lisenziyalarının ödənilməsinə və evlərin sığortalanmasına aid müraciətlər də qəbul olunmayacaq.

"Parlament üzvlərinə pulsuz peçenye və çay tələb etmək, gecəyədək işdə qalmaq lazım olsa belə, saat 13:00-dan sonra mehmanxana nömrəsi, saat 23:00-a qədər isə taksi sifariş etmək qadağan ediləcək", - deyə sənəddə qeyd edilib. Bundan əlavə, parlament üzvlərinin maaşlarının 10 faiz artırılması haqqında qərar da ləğv edilib.

Qeyd edək ki, Böyük Britaniyada deputatların maaşları illik 67 min funt sterlinq (təxminən 107 min 180 manat) təşkil edir. İndiyədək deputatların bu xərcləri vergi ödəyicilərinin hesabına ödənilirdi. 2015/2016 maliyyə ilindən etibarən isə deputatlar bu güzəştlərdən məhrum olacaqlar.
 
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol