• $
  • €
  • ₽
  • ₺
  • £

ABŞ insanları havadan izləyir

ABŞ insanları havadan izləyir
29.05.2020 04:53
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Ədliyyə Nazirliyinin xüsusi bölməsi ilə birgə ölkə ərazisində mobil telefonların köməyi ilə onları maraqlandıran insanları tapmağa imkan verən texnologiya hazırlayıb. Bu haqda "The Wall Street Journal” (WSJ) qəzeti yazıb.

Bunun üçün mobil stansiya funksiyasını yerinə yetirən xüsusi uçuş aparatlarından istifadə edilir. Ədliyyə Nazirliyi bu proqramı ilk öncə terrorizmdə şübhəli bilinən şəxsləri izləmək, həmçinin kəşfiyyat məqsədi naminə təşkil edib.
 
Hazırda sözügedən texnologiya xüsusi xidmət orqanları tərəfindən müxtəlif cinayətlərin törədilməsində şübhəli bilinən şəxsləri izləmək üçün tətbiq edilir.
 
"ICTnews" elektron xəbər xidməti "vedomosti.ru” saytına istinadən bildirir ki, ABŞ-ın beş şəhərində ölkə əhalisinin əksər hissəsinin yaşadığı ərazini əhatə edən xüsusi təchiz edilmiş təyyarələr mövcuddur. Təyyarələrə quraşdırılmış cihazlar siqnallar göndərir və telefonlar cavabında abunəçi haqda mühüm məlumatları ötürür. Sistem axtarış obyekti olmayan telefonları operativ surətdə filtrdən keçirir. Bəzi hallarda bu sistemin işi mobil rabitənin işində nasazlıqlar yarada bilər.
 
 
Hüquq-mühafizə orqanlarının bəzi əməkdaşları ondan narahatdırlar ki, polisin fəaliyyətinə qanunsuz olaraq casus xidmətləri üçün tipik metod və üsullar əlavə edilir. Hüquq müdafiəçilərinin fikrincə, uçuş aparatlarının köməyi ilə izləmə qanuna əməl edən vətəndaşların həyatına kütləvi müdaxilədir.
 
ABŞ qanunları MKİ-nə ölkə ərazisində əməliyyat keçirməyi qadağan edir, amma bu təşkilatın nümayəndələri Ədliyyə Nazirliyinin məmurları kimi əmin edirlər ki, qanunları pozmayıblar.
 
"WSJ” qəzeti yazıb ki, iki qurum arasında əməkdaşlıq təxminən 10 il bundan əvvəl başlanıb. O zaman MKİ Ədliyyə Nazirliyi üçün casus texnikası tədarük edirdi. Bundan başqa, izləmə sistemlərinin hazırlanması və tədqiqatına 100 milyon dollar xərclənib. Ədliyyə Nazirliyinin xüsusi xidmətinin texniki bölməsi bir neçə il MKİ-nin texniki məlumatların yığımı bölməsi ilə əməkdaşlıq edib.

Casus qurğusunu baza stansiyası kimi qəbul edən bütün telefonlar stansiyanın əhatə radiusunda cavab kimi eyniləşdirilmiş məlumatlar göndərir. Əgər sistem belə siqnallar arasında onu maraqlandıran telefonunun məlumatlarını aşkar edirsə, uçuş aparatı telefonun yerini bir neçə metr dəqiqliyində müəyyənləşdirənə kimi ərazidə patrul xidməti aparmağa başlayır.

2004-cü ildə bir belə qurğunun dəyəri təxminən 300 min dollar təşkil edib, 2008-ci ildə 500 min dollar dəyərində daha təkmil versiyalar çıxarılıb, indi yeni nəsil smartfonların xüsusiyyətini nəzərə alan yeni versiya sınaqdan keçirilir.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol