• $
  • €
  • ₽
  • ₺
  • £

Netanyahu ərəblərdən üzr istədi

Netanyahu ərəblərdən üzr istədi
24.03.2015 11:58
İsrailin baş naziri Binyamin Netanyahu ölkə ərazisində yaşayan ərəblərdən üzr istəyib. 

ANN.Az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Netanyahu "Facebook” sosial şəbəkəsində yerləşdirdiyi video müraciətində bildirib. 

"Mən bilirəm ki, bir neçə gün əvvəl etdiyim çıxış İsrail ərəblərini təhqir edib. Mən bunu istəmirdim və bu çıxışa görə heyfsilənirəm”. –deyə Netanyahu bildirib. O, həmçinin əlavə edib ki, özünü dini baxışları, milliyyəti və cinsindən asılı olmayaraq bütün İsrail əhalinin baş naziri hesab edir. 

"Birləşmiş Ərəb Siyahısı” siyasi qrupunun lideri Ayman Odeh "Channel 10”-a müsahibəsində İsrail baş nazirinin üzrünü qəbul etməkdən imtina etdiyini bildirib: "Mən onun öz sözlərini hərəkətləri ilə təsdiqləyəcəyini görmək istəyirəm. Görək, Netanyahu bərabərliyi təbliğ edəcəkmi?”.

Qeyd edək ki, ötən həftə İsraildə keçirilən parlament seçkilərində hakim "Likud” partiyası qalib gəlib. Nəticələrə əsasən baş nazir Binyamin Netanyahunun rəhbərlik etdiyi "Likud” partiyası Knessetdə 120 yerdən 30-nu qazanıb. 

Seçkilərdə ikinci Tsipi Livni və İtxak Herçoqun rəhbərlik etdiyi "Sionist düşərgəsi” bloku olub. O, parlamentdə 24 yer tutub. Daha sonra siyahıda isə 14 yerlə "Birləşmiş Ərəb Siyahısı” gəlir. 

Artıq baş nazir Netanyahu "möhtəşəm qələbə” münasibəti ilə tərəfdarlarını təbrik edərək yeni hökumətin yaradılması üzrə danışıqlara başladığını bildirib.

ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol