• $
  • €
  • ₽
  • ₺
  • £

Nostradamusun 2015 proqnozları

Nostradamusun 2015 proqnozları
24.03.2015 21:37
Dünyanın ən məşhur öngörücülərindən sayılan Mişel de Nostradamusun 2015-ci ilə uyğun gələn proqnozları açıqlanıb.

İqtisadi sferadakı inkişaf bütün dünyanın iqtisadiyyatında stabillik yaradacaq.

2015-2017-ci illərdə kompüter hücumları (virus) üzündən iki nəhəng dövlət Rusiya və ABŞ arasında müharibənin başlaya bilər. Təəssüflər olsun ki, bu müharibədə nüvə silahından istifadəsi mümkündür və bu partlayışlar may ayında Yerin çox hissəsini silkələyəcək. 

İnsanlar dənizlər və okeanların altında yerləşməyə başlayacaqlar. Adi şəhərlər də inkişaf edəcək. 

Nəhayət, alimlər genetik klonlaşdırma sahəsində uğur əldə edəcəklər. Süni yolla yetişdirilmiş daxili orqanlar transplatasiya üçün istifadə ediləcək.

2015-ci ildə ABŞ-da güclü zəlzələ baş verəcək, bəşəriyyətə böyük ziyanlar dəyəcək.

Fransa və Almaniyada böyük çaxnaşma baş verəcək. Dünyanın aparıcı gücləri bu ölkələrin liderlərinin həyatına qəsd etməyə çalışacaqlar.

Astroloqun yazdığı bir cümlədə qeyd olunub ki, "vergi" anlayışı tarixə qovuşacaq. Elm adamları böyük kəşflər edəcəklər, onlardan ən əhəmiyyətlisi cavanlıq iksiri olacaq.

İnsanlar ucuz elektrik enerjisi əldə etmək üçün böyük addımlar atacaqlar. Böyük ehtimalla, Günəş enerjisindən istifadədə yeni nailliyətlər əldə olunacaq. Bu böyük kəşf iqtisadi böhranın dünyaya təsirini azaldacaq.

Maliyyə böhranı davam etsə də, dünyanın bir çox şəhərində sosial həyat bir qədər yaxşılaşacaq. Ancaq bu il Avropadan daha çox ABŞ iqtisadiyyatında problemlər olacaq.

Nostradamus 2015-ci ilin sonu, 2016-cı ilin əvvəllərində Vezuvi vulkanının güclü püskürəcəyini, bunun çox böyük fəlakətlərə səbəb olacağını qeyd edib. Çoxlu insan həlak olacaq və Yer üzü bir neçə günlük qaranlığa bürünəcək.

İnsanların tədricən məhv olmağa başladığı dövrdə yer üzünə barış gətirəcək və müəyyən torpaqları birləşdirəcək.

İlin əvvəlində Rusiyada yeni din yayılmağa başlayacaq. 2040-cı ildə dünyanın bir çox bölgəsini əhatə edəcək.

2015-ci ildə İslam və Xristianlıq bir-birinə qarşı durmağa başlayacaq və bu az qala dünya müharibəsinə səbəb olacaq. Bu qarşıdurmanın qarşısı Çinin köməkliyi ilə alınacaq.

2015-ci ilin birinci yarısında Yaxın Şərqdə münaqişələr baş verəcək. İran Türkiyəyə ultimatium elan edəcək və dövlətlər müharibə astanasında olacaq. Nostradamus deyib ki, müharibəyə səbəb türklərin İran vasitəsilə Avropaya keçmək cəhdi olacaq. İranlılar buna əngəl olmağa çalışacaq. Bir müddətdən sonra türklər və iranlılar sülh razılığı bağlayacaqlar. 

İl ərzində enerji inqilabı baş verəcək. İnsanlar ucuz Günəş enerjisi əldə etməyi öyrənəcəklər. Onun daşınması naqisliz olacaq. //anspress.com

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol