• $
  • €
  • ₽
  • ₺
  • £

“Saakaşvili mütləq qələbə çalacaq” – Ekspert

“Saakaşvili mütləq qələbə çalacaq” – Ekspert
25.03.2015 16:38
"Hər şey hazırkı hakimiyyətin davranışından asılıdır. Əgər o öz oppenentlərinə qarşı zorakılıq yolunu tutarsa, o zaman birmənalı şəkildə məğlub olacaq”.
 
Bu sözləri Axar.az-a açıqlamasında Gürcüstanda hakimiyyətə etiraz dalğasının yenidən geniş vüsət almasına münasibət bildirərkən politoloq Ərəstun Oruclu deyib. O, hazırkı Grücüstan hakimiyyətinin məğlubiyyətinin yaxın olduğunu bildirib:
 
"Hakimiyyətin son mitinqin qarşısını almaq cəhdləri və mitinqə səfərbərlik keçirən müxalifət tərəfdarlarına qarşı fiziki hücumları heç bir səmərə vermədi. Əksinə, gözlənəndən daha çox insan toplandı. Rəqəmlər haqqında müxtəlif fikirlər səslənir. Ancaq istənilən halda yetərincə kütləvi aksiya idi. Belə olan halda əgər müxalifət radikal mövqe tutsa və iqtidar bunun qarşısını güclə almağa çalışarsa, o, qısa müddətdə məğlub olacaq. Yox əgər müxalifət hüquqi müstəvidə mübarizə aparmağa doğru gedəcəksə, bu məğlubiyyət gələn ilki parlament seçkilərində olacaq və bu, qaçılmazdır. Çünki indiki hakimiyyət həqiqətən də çox səmərəsizdir. Saakaşvili dövründə həyata keçirilmiş islahatları nəinki qoruyub saxlaya, hətta özlüyündə bir vahidlik də yarada bilmədi. Bunun nəticəsidir ki, bu qədər insan etiraz aksiyasına toplaşdı. İnsanlar ona görə toplaşmadı ki, onların Saakaşvilidən xoşu gəlir və yaxud da onun hakimiyyətə gəlməsini istəyirlər. Bu, indiki Gürcüstan hakimiyyətinin siyasətindən narazılığın bariz göstəricisi idi”.
 
Politoloq bunun əslində çox ciddi bir siqnal olduğunu bildirib:
 
"İndiki Gürcüstan hakimiyyəti Saakaşvili partiyasının ləğvi üçün müxtəlif aksiyalar həyata keçirir. O cümlədən, oyuncaq qeyri-hökumət təşkilatları vasitəsilə bu partiyanın qadağan edilməsi üçün imzatoplama kompaniyası aparır. Əgər bu yol tutularsa, ola bilər ki, məsələ heç seçkiyə qədərki vaxta çatmasın. Seçkiyə qədərki dövrdə Saakaşvili tərəfdarlarının güclənərək Gürcüstanda növbəti inqilaba təkan vermələri də mümkün varinatlar içərisindədir. Ancaq daha inandırıcı olan gələn ilki seçkilərdə mövcud hakimiyətin çox yüksək ehtimalla məğlub olacağıdır”. 

ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol