• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənilər rusa məhkəmə quracaq

Ermənilər rusa məhkəmə quracaq
28.05.2020 23:59
Gümridə bir erməni ailəsinin yeddi üzvünü qətlə yetirməkdə ittiham olunan Rusiya əsgərinin məhkəməsi Ermənistan ərazisində keçiriləcək. 

ANS PRESS-in məlumatına görə, bu barədə İrəvanda olan MDB İşləri üzrə Rusiya Dövlət Dumasının komitə sədrinin birinci müavini bildirib. Oleq Lebedev prosesin Rusiya qanunvericiliyinə əsaslanacağını deyib.

"Ekspertizalar demək olar ki, başa çatıb, ama şahidlərin sorğusu davam edir – bu günə artıq 4 min adam sorğu-sual edilib”, - rusiyalı millət vəkili qeyd edib.

İstintaqın ilkin məlumatına görə, Gümridəki Rusiya hərbi bazasında qulluq edən Valeri Permyakov yanvarın 12-də hərbi hissəni icazəsiz tərk edib. Bundan sonra o şəhərdə evlərin birinə daxil olaraq Avetisyanlar ailəsinin 6 üzvünü qətlə yetirib və daha sonra xəstəxanada ölən 6 aylıq uşağı yaralayıb.
Hadisədən sonra Ermənistan-Türkiyə sərhədini keçməyə cəhd etdiyi deyilən əsgərin sərhəddəki Rusiya hərbçiləri tərəfindən saxlanılıb hərbi bazaya qaytarıldığı bildirilib.

Qeyd edək ki, səs-küylü qətl hadisə ilə bağlı Ermənistanda etiraz aksiyaları keçirilib. İrəvan və Gümridə nümayişlərə qatılan fəallar Gümri bazasında saxlanılan Valeri Permyakovun Ermənistan hüquq-mühafizə orqanlarına verilməsini və Ermənistan məhkəməsində mühakimə olunmasını tələb ediblər.

ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol