• $
  • €
  • ₽
  • ₺
  • £

İran Türkiyəyə nota verdi - GƏRGİNLİK

İran Türkiyəyə nota verdi - GƏRGİNLİK
30.03.2015 11:02
Türkiyə səfiri İran Xarici İşlər Nazirliyinə çağrılıb

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Türkiyənin Tehrandakı səfirliyinin nümayəndəsindən prezident Ərdoğanın İranla bağlı səsləndirdiyi son fikirlərinə görə izahat tələb olunub
 
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan İranın regiondakı siyasətini tənqid edib.

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Mərziyyə Afham Türkiyənin Tehrandakı müvəqqəti işlər vəkili Barış Sayqının quruma dəvət edildiyini və ona nota təqdim edildiyini deyib. Afham  prezident Ərdoğanın İranla bağlı çıxışında "qaydalara zidd və yerində olmayan fikirlər" səsləndirdiyini qeyd edib.
 
Rəsmi Tehranın Ərdoğanın sözlərindən üzüntü duyduğunu və bununla bağlı öz narazılıqlarını türk diplomatının diqqətinə çatdırdıqlarını ifadə edən Afham Ankaradan bu barədə inandırıcı və aydın cavab istədiklərini dilə gətirib.

Afham "İranın regiona strateji yanaşma və qonşuları ilə münasibəti, sülh və sabitliklə bərabər qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq üzərində olmuşdur. İran və Türkiyənin bu hədəfə çatması üçün yetərli potensiala malik olduğuna inanırıq" - deyib.

Türkiyənin Tehrandakı səfiri Riza Hakan Tekin İranda olmadığına görə XİN-ə müvəqqəti işlər vəkil Barış Sayqın dəvət edilib.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol