• $
  • €
  • ₽
  • ₺
  • £

Çin “Apple”ı yeni məhsullarını təqdim etdi

Çin “Apple”ı yeni məhsullarını təqdim etdi
28.05.2020 22:59
Çinin "Xiaomi" şirkəti öz beşilliyi ilə əlaqədar beş yeni məhsul təqdim edib: Bunlar yeni rəng tərtibatında "Xiaomi Mi Note" planşetofonu, yeni ucuz "Redmi 2A" smartfonu, "Smart Scale" elektron tərəzisi, yeni "Mi TV 2" televizoru və "Smart Socket" uzadıcısıdır.
 
Yeni planşetofon modelinin tam adı "Xiaomi Mi Note Pink Edition" adlanır.  Bu aparat çəhrayı rəngdədir. Başqa yenilik yoxdur.
 
"ICTnews" elektron xəbər xidməti "cnews.ru" saytına istinadən bildirir ki, yeni ucuz "Redmi 2A" smartfonunun dəyəri təxminən 97 dollar təşkil edir.
 
"Redmi 2A" smartfonu 1280 x 720 piksel təsvir ölçülü 4,7 düymlük ekran, 1.5 QHs takt tezlikli dördnüvəli "Leadcore LC1860" prosessoru, " Mail T628MP2" qrafik sürətləndiricisi, 1 QB əməli yaddaş, 8 QB daxili yaddaş ("microSD" yaddaş kartını dəstəkləyir), 8 meqapiksellik əsas kamera və 2 meqapiksellik ön kamera, "SİM" kartlar üçün iki konnektor, "LTE" texnologiyası və 2200 milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib.
 
Yeni televizor modeli "4K" formatlı 55 düymlük ekranla təchiz edilib. Şirkət "Samsung" istehsalının maye kristal panelindən istifadə edib. Televizor 1,4 QHs takt tezlikli dördnüvəli "Cortex A17" prosessoru, 2 QB-lıq əməli yaddaş, 8 QB daxili yaddaşla təchiz edilib və "Dolby" texnologiyasını dəstəkləyən 8 dinamika ilə təklif edilir.
 
Yeni televizor Çində 806 dollara satışa çıxarılacaq.
 
"Smart Scale" elektron tərəzi bazardakı başqa müvafiq məhsullara (məsələn, "Fitbit Aria") oxşardır. Elektron tərəzi "Mi Fit" mobil proqramı ilə "Bluetooth" üzrə sinxronlaşdırılır. Yeni  qurğu təxminən 16 dollar qiymətinə satışa çıxarılacaq. Müqayisə üçün, "Fitbit Aria" qurğusunun dəyəri 100 dollardan yüksəkdir.
 
Nəhayət, "Smart Socket" uzadıcısı Avropa və ABŞ daxil olmaqla üç elektrik çəngəli standartına uyğun üç elektrik rozetkası ilə təchiz edilib.
 

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol