Asteroidə qız adı verildi

ANS PRESS-in məlumatına görə, NASA kosmik idarəsinin qadın asrtoloqu Emi Maynzer kəşf etdiyi asteroidə Nobel Sülh Mükafatı sahibi Malala Yusifzainin adını verib.
NASA-nın "Jet Propulsion” laboratoriyasında işləyən alimin kəşf etdiyi asteroid bu vaxta qədər "316201” nömrəsi ilə tanınırdı, artıq o yeni adı "Malala 316201” adı ilə qeyd olunacaq.
Xatırladaq ki, Malala 2012-ci ilin oktyabr ayında Yusifzai qızların təhsili üçün kampaniya apardığına görə Taliban silahlıları tərəfindən güllələnmişdi. O zaman onun 15 yaşı var idi. Sağalandan sonra dünyada məhşurluq qazanıb.
Bundan başqa, "Time" jurnalı onu 2013-cü ilin "ən nüfuzlu adamları" siyahısına salmışdı.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Son xəbərlər 
Daha çox 






















