• $
  • €
  • ₽
  • ₺
  • £

İŞİD qədim şəhəri partladıb yer üzündən sildi - VİDEO

İŞİD qədim şəhəri partladıb yer üzündən sildi - VİDEO
13.04.2015 13:25
"İslam Dövləti" adlanan təşkilat İraqın şimalındakı qədim Nimrud şəhərinin yerlə-yeksan edilməsini göstərən video yayıb.

Cihadçılar ağır ling və baltalarla daş barelyefləri qopardıqdan sonra, ümumiyyətlə bütün şəhər yerini partlayıcılarla göyə sovurublar.

​"Bəşəriyyətin beşiyi”ni sındırdılar

Nimrud qədim Assuriyanın tacı hesab olunurdu. ​

İslam Dövləti qrupunun hazırladığı videoda partlayışdan əvvəl daş kitabələrin və heykəllərin ağır linglər və eletrik baltaları ilə qoparıldığını və sındırıldığı görünür.

Bu ona görə edilirdi ki, əsas partlayışdan sonra qiymətli tarixi faktların heç tikəsi də ələ gəlməsin.

Partlayışdan sonrakı videogörüntülərdən belə başa düşmək olur ki, Mosulun 30 kilometrliyində Dəclə çayının sahilində yerləşən Nimrudun daşı daş üstdə qalmayıb.

Miladdan əvvəl 13-cü əsrə aid bu şəhəri "bəşəriyyətin beşiyi” adlandırırdılar.

Qeyri-ərəb irsi

Nyu Yorkdakı Stony Brook Universitetindən arxeoloq Abdulamir Hamdani "The Daily Telegraph” qəzetinə deyib ki, Nimrud hazırkı İraqın ərazisində yerləşən qədim Assuriyanın paytaxt şəhəri olub.
 

Nimrud, 2012
Nimrud, 2012
 
 
Nimrud, UNESCO-nun dünya irsi siyahısında olan bu şəhərin nisbətən yeni, ərəbcə adıdır. Şəhərin öz adı Kalhu olub. Bu mənada cihadçıların "qeyri-ərəb” irsini dağıtdığını da söyləmək mümkündür.

1820-ci ildə tapılmış bu şəhər sonrakı zamanlarda Qərb səyyahları tərəfindən dəfələrlə talan edilib.

Bu talanlar 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi zamanı da təkrarlanıb.

İnsan başlı, qanadlı şirlər

Nimrudun ən qiymətli tarixi nümunələri artıq bundan əvvəl Mosul, Bağdad, Paris və Londonun muzeylərinə aparılmışdı.
 
Nimrud, 2001
Nimrud, 2001

Lakin təəssüf ki, məsələn, fundamental "lamussu”ları – insan başlı, qanadlı şir heykəlləri şəhərdə qalmışdı.

Nimruddakı abidələrin buldozerlərlə dağıdılması barədə ilk xəbərlər martın əvvəllərindən gəlirdi.

Bundan başqa o vaxt buraxılmış İD videosunda Mosul muzeyindəki eksponatların dağıdılması görüntülənmişdi.

"Nimrud xəzinəsi” kimi tanınan arxeolji tapıntılar – qiymətli daşlar, qızıl əşyalar və naxişlar 1988-ci ildə aşkar olunmuşdu.

Hərbi cinayət
 
Nimrud, 2001
Nimrud, 2001 

Bu, 1923-cü ildə Misirdə Tutankhamunun sərdabəsi aşkar olunandan bəri ən qiymətli arxeoloji tapıntı hesab edilirdi.

2800 il bundan əvvələ aid olan bu əşyaların bir çoxu İraq Küveytə müdaxilə etməzdən az əvvəl Bağdad muzeyində ekspozisiyaya çıxarılmışdı.

Sonradan qiymətli əşyalar yoxa çıxdı və 2003-cü ildə, ABŞ-ın müdaxiləsindən sonra yenidən tapıldı.

UNESCO Nimrudun dağıdılmasını "hərbi cinayət” adlandırıb.

Təşkilatın baş direktoru Irinia Bokova deyib ki, "bəşəriyyətin mədəni irsinin bilərəkdən dağıdılmasına başqa ad vermək olmur”.

Bundan əvvəl İD Mosul kitabxanasını yandıraraq yerlə yeksan etmişdi.

Burada 8000 tarixi əlyazma saxlanırdı.

Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol