• $
  • €
  • ₽
  • ₺
  • £

Çexiyaya viza almaq asanlaşdı

Çexiyaya viza almaq asanlaşdı
14.04.2015 17:44
Bakıda Viza Mərkəzi açılır.

Aprelin 27-də Çexiyanın Azərbaycandakı səfirliyi Bakıda Viza Mərkəzi açacaq.

AzərTAc xəbər verir ki, mərkəzin açılması Çexiyanın Azərbaycandakı səfirliyi viza üçün sənədlərin verilməsi prosesində dəyişikliklərlə bağlı, eyni zamanda, Azərbaycan vətəndaşları və xarici vətəndaşlar üçün xidməti daha da təkmilləşdirmək məqsədilə həyata keçirilir.

Səfirlikdən bildirilib ki, Çexiya Xarici İşlər Nazirliyi tərəfindən keçirilmiş beynəlxalq müsabiqədə qalib gələn VFS. Global şirkəti Viza Mərkəzinə öz xidmətlərini göstərəcək.

Aprelin 6-dan həm Viza Mərkəzinə, həm də Çexiya səfirliyinin konsulluq şöbəsinə qısamüddətli şengen vizasına sənədləri təqdim etmək üçün ilkin qeydiyyat başlanıb. Qeydiyyat bazar ertəsi – cümə günlərində saat 09.00-dan 13.00-dək və 14.00-dan 16.00-dək bu telefon nömrəsi ilə aparılır: +994 12 404 76 38

Məlumata görə, Aprelin 27-dən başlayaraq sənədlərin qəbulu ancaq qeydiyyata düşənlər üçün mümkün olacaq. Bu tarixdən etibarən qeydiyyata düşməyən şəxslərin sənədləri Çexiya səfirliyinin konsulluq şöbəsində, həmçinin Viza Mərkəzində qəbul edilməyəcək.

Viza Mərkəzi Bakı şəhəri, Xocalı prospekti 37 ünvanında yerləşir (Demirchi Tower, 2-ci mərtəbə).

Viza mərkəzinin rəsmi saytı: http//www.vfsglobal.com/czechrepublic/Azerbaijan

Mərkəzin rəsmi elektron ünvanı: [email protected]

Sənədlərin qəbulu bazar ertəsi-cümə günləri saat 09.00-dan 16.00-dək keçiriləcək. Pasportların verilməsi bazar ertəsi-cümə günləri saat 11.00-dan 17.00-dək keçiriləcək (Nahar fasiləsi: saat 13.00-dan 14.00-dək).

Viza Mərkəzi yalnız qısamüddətli şengen vizasına sənədləri qəbul edəcək. Uzunmüddətli viza üçün sənədlərin qəbulu və əlavə xidmətlər əvvəllər olduğu kimi, yalnız Çexiya səfirliyinin konsulluq şöbəsində həyata keçiriləcək.

Qeyd edək ki, yeni qaydalar və sənədlərin qəbulu ilə bağlı bütün məlumatları bu telefon nömrəsi vasitəsilə əldə etmək olar: +994 12 404 76 38.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol