• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda bir gecədə iki nəfəri güllələdilər

Azərbaycanda bir gecədə iki nəfəri güllələdilər
16.04.2015 15:28
Şüvəlan qəsəbəsi və Sumqayıtda.

Bu gecə Azərbaycanda iki nəfər güllələnib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, silahlı insidentin biri Bakının Xəzər rayonunda, Şüvəlan qəsəbəsində qeydə alınıb.

Məcburi köçkünlərin məskunlaşdığı binada yaşayan Hüseynov Bəxtiyar Yaşar oğlu naməlum şəraitdə odlu silahla hər iki ayağından güllələnib. Yaralı yaxınları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Dərhal əməliyyat olunan Bəxtiyar Hüseynov xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, Bəxtiyar Hüseynov qonşusu tərəfindən güllələnib. Cinayəti törədən şəxs hadisə yerindən qaçdığından, polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıb. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Araşdırmalar davam edir.

Sumqayıtın Hacı Zeynəlabdin Tağıyev qəsəbəsində isə qətl hadisəsi törədilib.

Daşkəsən rayon sakini, 30 yaşlı Qurbanov Rasim Yasin oğlu güllələnərək öldürülüb.

Rasim Qurbanov  H. Z.Tağıyev-çeşidləmə stansiyasının ərazisində məskunlaşan qayınatası gildə müvəqqəti yaşayırmış. Ailənin qoyunları itib və ailə üzvləri onları axtarmağa başlayıblar. Qoyunlar tapılsa da, Rasim Qurbanovdan xəbər çıxmayıb.

Bununla bağlı polis orqanlarına məlumat verilib və 30 yaşlı kişinin axtarışlarına başlanılıb. Nəhayət, uzun axtarışlardan sonra Rasim Qurbanovun meyiti Xızı rayonu ərazisindən tapılıb. Meyitin üzərində tapançadan açılmış bir neçə güllə yarası aşkarlanıb. Rasim Qurbanovun Sumqayıt ərazisində qətlə yetirildiyi, meyitinin isə Xızı rayonu ərazisinə atıldığı güman edilir.

Hazırda meyitin tapıldığı ərazidə Xızır rayon Polis Şöbəsi və Sumqayıt Şəhər Polis İdarəsinin, eləcə də, Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları araşdırma aparırlar.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol