• $
  • €
  • ₽
  • ₺
  • £

Facebook-dan pulsuz internet

Facebook-dan pulsuz internet
28.05.2020 21:45
"Facebook” sosial şəbəkəsinin təsisçisi Mark Sukerberq Avropanı pulsuz internetlə təmin etmək qərarına gəlib.

Avropanı internetə pulsuz çıxışla təmin edəcəyini deyən M.Sukerberq hazırda bu təşəbbüsün həyata keçirilməsinə imkan verən texnologiyaların yaranmasını bildirib, həmçinin reallaşdırılan "Internet.org” layihəsini vurğulayıb.

Bu məqsədlə şirkət yaradıcısı layihə üzərində həftədə 50-60 saat işləyir. Onun sözlərinə görə, dünya sahibkarlarının üçdə iki hissəsi kasıb ölkələrdə yaşamasına görə internetə çıxış imkanından məhrumdur.

"Layihə bir sıra üstünlüklərə malikdir. Məsələn, təşəbbüs sayəsində təhsil, tibbi informasiya, iş yerlərinə və s. çıxış mümkün olacaq”, - o vurğulayıb.
"Internet.org” layihəsinə artıq Hindistan, Qana, Zambiya, Keniya, Kolumbiya və Tanzaniya qoşulub.

Məlumat üçün bildirək ki, "Internet.org” adlanan layihədə "Samsung Electronics”, "Qualcomm”, "Ericsson”, "Nokia”, "MediaTek” və "Opera Software” sirkətləri də iştirak edir və beləliklə, təşəbbüsü bazarın müxtəlif seqmentinin şirkətləri dəstəkləyir.

"İnkişaf etməkdə olan ölkələrdə insanların internetə və biliklər iqtisadiyyatına qoşulması üçün çoxlu əngəllər var. "Interget.org” bu maneələrin dəf edilməsinə yönələn qlobal tərəfdaşlıqdır. Biz çalışacağıq ki, hazırda internetdən yararlanmaq imkanından məhrum olan insanları çıxışla təmin edək”, - M.Sukerberq bildirib.

Sosial şəbəkə internetə çıxış imkanlarını artırmaq üçün infrastruktur həllərə orta hesabla 1 milyard dollar xərcləyib və daha çox vəsait sərf etməyi nəzərdə tutur. Layihənin ilkin məqsədi 5-10 il ərzində mobil internet xidmətlərinə görə xərcləri hazırkı dəyərindən 1 faiz azaltmaqdır, - "Internetua” yazır.
www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol