• $
  • €
  • ₽
  • ₺
  • £

Aralıq dənizində batan gəmidə 700-dən çox mühacir olub

Aralıq dənizində batan gəmidə 700-dən çox mühacir olub
20.04.2015 15:25
Aralıq dənizində batan mühacir gəmisi ilə bağlı başladılan araşdırma zamanı oradakı insanların sayının 900 olması barədə iddialara yer ayrılıb.

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, BMT-nin yüksək komissarı Antonio Quterres Liviyadan İtaliyaya təxminən 700 mühacirin olduğu gəminin dünən gecə Aralıq dənizində batması ilə əlaqədar ilkin açıqlamasını verib: "Ölənlərin sayının təsdiq olunacağı təqdirdə bu qəza Aralıq dənizi tarixində ən böyük gəmi faciəsi kimi qəbul oluna bilər. Bu faciə göstərir ki, Avropaya gəlmək üçün insanlar bu səviyyədə böyük təhlükəni belə rusk edirlər".

BMT gəmidəki təxmin edilən 700 mühacirdən 49-nun qurtarıldığı, 24 adamın isə cəsədinin tapıldığını xəbər verib.

Qeyd edək ki, Aralıq dənizinin yaxınlığında 2013-cü ilin  oktyabr ayında da iki gəmi qəzası zamanı 600-a yaxın mühacirin öldüyü qeydə alınmışdı.

BMT-nin açıqlamasına görə, 2015-ci ildən indiyə qədər Aralıq dənizini keçən 35 min mühacir Avropaya daxil olub. Son qəza da daxil olmaqla ölənlərin sayı 1600 nəfərə çatıb. Keçən il 219 min mühacir Aralıq dənizindən keçərək Avropaya çatıb, 3 min 500 nəfər isə qəza nəticəsində ölüb.

Bu hadisədən sonra İtaliya baş naziri Matteo Renzi Avropa Birliyinə müraciət edib. Onun sözlərinə görə, gəmidə nə qədər mühacirin olması ilə bağlı məsələ hələ açıq qalıb. O, faciə baş verən ərazidə 18 yardım gəmisinin çalışdığını və bundan 7-nin İtaliyaya məxsus olduğunu deyib. 

İtaliyanın "La Repubblica"da yer alan xəbərə görə, batan gəmidən qurtarılaraq Katanya şəhərində müalicə alan Banqladeşli bir adam Liviyanın 70 mil cənubunda banat gəmidə 950-yə yaxın mühacirin olduğunu onlardan 200-nün qadın, 40-50-yə qədər isə uşaq olduğunu bildirib. Xəbərdə deyilir ki, mühacirlər əsasən Əlcəzair, Misir, Banqladeş, Somali, Nigeriya, Seneqal, Mali, Zambia və Qana kimi ölkələrdən olublar. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə zəlzələ olub
Dünya 21:34
Türkiyədə zəlzələ olub
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol