• $
  • €
  • ₽
  • ₺
  • £

"Google"dan inqilabi yenilik

"Google"dan inqilabi yenilik
20.04.2015 17:37
Sabahdan etibarən "Google" mobil cihaz və planşetlərdə axtarış sistemində inqilabi dəyişikliyi işə salacaq.

ANS PRESS-in məlumatına görə, bu yenilik "Google"da saytların axtarış zamanı sıralanmasına əhəmiyyətli dərəcədə təsir edəcək. "Business Insider"in yazdığına görə, bundan sonra belə mobil cihaz və planşetlərə uyğunlaşan saytlar axtarış zamanı ilk sıralarda görünəcək. Burada əsas meyarlar mətnlərin iri hərflərlə yazılması, linklərin asanlıqla vurulması, saytların cihazın ölçülərinə avtomatik olaraq uyğunlaşması olacaq. Mobil cihazlara uyğunlaşmayan saytlar isə sonda göstəriləcək. 

Nəzərə alsaq ki, müasir dövrdə internet trafikin 60 faizi mobil qurğuların payına düşür, buna görə "Google" daha çox istifadəçinin internetdən istifadəsini asanlaşdırmağa çalışır. 

Qeyd edək ki, şirkət yenilik haqqında hələ bu ilin fevral ayında məlumat vermişdi. Bununla da saytların bu dəyişikliyə uyğunlaşması üçün 2 ay vaxtları var idi. Bununla belə, şəbəkədə qlobal yerdəyişmənin olması gözlənilir.

"Google" axtarış sistemindəki bu dəyişikliyi hətta "mobiloggedon" adlandıranlar da var. Çünki bu dəyişikliyin nəticələri bir çox saytlar üçün faciəvi ola bilər. Xüsusilə ilk olaraq kiçik biznes sahibləri öz saytlarında ziyarətçilərin sayının kəskin azalacağını hiss edəcəklər. Lakin onlarla bərabər bir çox iri internet-layihələr də zərər çəkəcəklər.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol