• $
  • €
  • ₽
  • ₺
  • £

Ruhani: "Bu beynəlxalq qaydalara ziddir"

Ruhani: "Bu beynəlxalq qaydalara ziddir"
21.04.2015 14:49
"Yəmənin daxili işlərinə qarışmaq beynəlxalq qaydalara ziddir". 

ANS PRESS-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Cakartada keçirilən Asiya-Afrika ölkələri başçılarının zirvə toplantısına qatılmaq üçün İndoneziyaya səfərindən əvvəl Tehranın Merhabad hava limanında jurnalistlərə açıqlamasında deyib. Ruhani Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlardan danışarkən, İranın mövqeyini bir daha vurğulayıb.

"Ümid edirəm ki, Cakarta iclasında bizim bölgədə gedən proseslər, o cümlədən Yəmən məsələsi barədə faydalı müzakirələrimiz olacaq. Təəssüf ki, bu gün bölgədə bəzi məsuliyyətsiz ölkələrin digər ölkələrin, o cümlədən Yəmənin daxili işlərinə müdaxiləsinin şahidi oluruq. Bu müdaxilə İslam hökmlərinə uyğun olmamaqla yanaşı, beynəlxalq qaydalara da ziddir. Hesab edirik ki, Yəmənə hərbi müdaxilə problemin həlli yolu deyil və hazırkı böhranı Yəmən xalqının özü atəşkəs və danışıqlar yolu ilə həll etməlidir." - Ruhani belə deyib.

Yəmən məsələsində İran husi üsyançıları, Səudiyyə Ərəbistanı Yəmənin isə ölkədən qaçmış qanuni prezidenti Əbdrəbbu Mansur Hadini dəstəkləyir. Bu isə iki ölkənin münasibətlərinə ciddi xələl gətirib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol