• $
  • €
  • ₽
  • ₺
  • £

Moldova büdcəsinin beşdə biri necə yoxa çıxıb?

Moldova büdcəsinin beşdə biri necə yoxa çıxıb?
23.04.2015 11:29
Ötən il Moldovanın Ümumi Daxili Məhsulunun beşdə biri, bir neçə gün ərzində yoxa çıxıb. Bu dünya bank tarixində ən böyük qalmaqallardan biri hesab oluna bilər.

Ötən il Moldovanın Ümumi Daxili Məhsulunun (ÜDM) beşdə biri, bir neçə gün ərzində yoxa çıxıb. Bu dünya bank tarixində "adambaşına düşən ən böyük qalmaqal”lardan biri hesab oluna bilər.

Hazırda Mərkəzi Bankın kəsiri 1 milyard dollardır ki, bu da ölkə iqtisadiyyatının və ölkənin Qərb oriyentasiyasının üstündən xətt çəkə bilər.

Moldovada ötən ilin noyabrında, parlament seçkisindən bir neçə gün əvvəl bir neçə müəmmalı bank köçürməsi barədə suallar hələ tam cavablandırılmayıb.

Bəlli olan yalnız budur ki, ölkənin Ümumi Daxili Məhsulunun beşdə biri qeyb olub.

Moldovanın üç ən böyük bankının - Bancii de Economii, Bancii Sociale və Unibank-ın verdiyimüəmmalı kreditlər yalnız bu ilin əvvəlində aşkar edilib və dərhal da vəziyyətdən çıxış yolu kimi, daha doğrusu ölkənin maliyyə sisteminin çökməməsi üçün,bu banklara 16 milyard ley (870 milyon dollar) məbləğində yardım buraxılıb.

Bu üç bankın verdiyi kreditlərin heç vaxt geri qayıtmayacağı aydındır. Bu isə o deməkdir nəticədə onların borcu dövlət borcuna çevriləcək və deməli, Moldova vergiödəyəninin belindən çıxacaq.

Kişinyovda mənzillənmiş iqtisadi-analitik "Expert-Grup” mərkəzinin icraçı direktoru Adrian Lupusor deyir ki, yerli miqyasda bu, həcminə görə azman borcdur.

Moldova cəmi 4 milyon əhalisi olan kiçik bir ölkədir. 1 milyard dollar bu ölkənin 6, 23 milyard dollarlıq illik ÜDM-nin 16 faizi deməkdir.

"Bu, Moldova tarixində ən böyük qalmaqaldır, - deyir iqtisadçı, - bu bütün regionda ən böyük qalmaqaldır”.

2015-in resessiyası

"Expert-Grup”un bu barədə hesabatında qeyd olunur ki, qalmaqal nəticəsində Moldova iqtisadiyyatı 2015-ci il üçün 0, 2 faizlə 1, 8 faiz arasında geriləyəcək. Halbuki ötən il iqtisadiyyat 4, 6 faiz, 2013-də isə heyrətamiz şəkildə 9 faiz artmışdı.

Əlbəttə, geriləməni tamamilə bank qalmaqalı ilə bağlamaq olmaz və bunsuz da iqtisadiyyat artıq ciddi problemlərlə üzləşməyə başlamışdı. Qonşu Rusiya və Ukraynadakı resessisiya nəticəsində Moldova mallarına tələbatın azalacağı gözlənilən idi.

Üstəlik Rusiyanın Moldovanın şərab və meyvə kimi məhsullarının idxalı üzərinə qoyduğu qadağan iqtisadiyyatdakı mənfi təsirini məhz bu il göstərməli idi.

Rusiya, ərzaq təhlükəsizliyi bəhanəsi ilə şərabın idxalına qadağanı 2013-də, meyvə idxalına qadağanı isə 2014-cü ildə, birtərəfli qaydada qoyub. Moskvanın qadağanları Moldovanın Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq niyyətinin bəyan edilməsindən dərhal sonra tətbiq edilib.

Gözlənilməz nəticələr

Amma bank qalmaqalı hər halda iqtisadiyyata gözlənilməz mənfi təsir göstərib.

Qalmaqal barədə xəbərlərin ardınca milli valyuta olan ley birdən birə 40 faiz qiymətdən düşüb və yalnız son günlərdə bir qədər özünə gəlib. Milli valyutanın devalvasiyası xarici valyuta ilə kredit götürmüş fərdlərə və şirkətlərə zərbə olub.

Lupusor deyir ki, indi banklar kredit buraxılışını məhdudlaşdırmalı olacaqlar.

Maliyyə rəsmiləri isə pul siyasətini sərtləşdirəcəklər. Borcların ödənməsi üçün vergilər qaldırılacaq, ssudalar isə ixtisar ediləcək. Nəticədə əlbəttə ki, yükün ağırı əhalinin ən yoxsul təbəqəsi üzərinə düşəcək.

Pulun necə yoxa çıxması barədə çox az məlumat var. Bilinən budur ki, pul banklardan "mötəbər” kreditlər şəklində çıxıb.

Hazırda Mərkəzi Bank və ABŞ-ın "Kroll” auditor firması təhqiqat aparırlar və hökumət ilkin nəticələr barədə hesabat hazırlayır.

Avropa meylli partiyalara zərbə

Parlament seçkilərinin lap ərəfəsində baş vermiş bu qalmaqal nəticəsində Avropa meylli partiyalar hakimiyyətə zəif koalisiya şəklində qayıda biliblər və onların gözdən düşdükləri təəssüratı yaranıb. Axı qalmaqal onların gözü qarşısında baş verib.

Qalmaqalın siyasi təsirləri barədə nəsə demək hələ bir qədər tez olsa da, hər halda bu yaxınlarda keçirilmiş rəy sorğusu qərbmeylli əhval-ruhiyyənin ümumən zəiflədiyini göstərib.

CBS-AXA təşkilatının 1000 nəfər arasında apardığı rəy sorğusu göstərib ki, indi artıq Rusiyanın Avrasiya İqtisadi İttifaqına meyl Avropa İttifaqına meyldən güclüdür. Rəyi soruşulanların 60 faizi Moldovanın Avrasiya İttifaqında mümkün üzvlüynə meylləndiyini bildirib. Avropa İttifaqına meyllənənlər 40 faiz təşkil ediblər. Əhalinin daha böyük hissəsi Avropa İttifaqı üzvlüyünün əleyhinə səs verməyə hazırdır.

Eyni rəy sorğusu həm də nümaiyiş etdirib ki, moldovanların əksəriyyəti Rusiya prezidenti Vladimir Putini ən etibarlı xarici lider hesab edir.

Putinin leyhinə rəyi soruşulanların 60 faizi səs verib. Onun ardınca Almaniya kansleri Angela Merkel, Rumıniya prezidenti Klaus Iohannis və ABŞ prezidenti Barack Obama gəlirlər. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol