• $
  • €
  • ₽
  • ₺
  • £

Ukrayna parlamenti Putinə sanksiya tətbiq etdi

Ukrayna parlamenti Putinə sanksiya tətbiq etdi
27.04.2015 16:03
Ukrayna Ali Radasının spikeri Vladimir Qroysman Vladimir Putin də daxil olmaqla, 35 rusiyalı məmurdan ibarət sanksiya siyahısını təsdiqləyib.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, Ali Radanın qərarı tövsiyə xarakteri daşıyır və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Komitəsi tərərfindən təsdiqlənməlidir. Sanksiya siyahısı Ali Radanın deputatı və hazırda Rusiya həbsxanasında saxlanılan təyyarə pilotu Nadejda Savçenkonun qanunsuz həbsində məsuliyyəti olan şəxslərdən ibarətdir. Siyahıda Rusiya prezidenti Vladimir Putin, Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Rusiya Prezident Administrasiyası rəhbərinin 1-ci müavini Vyaçeslav Volodin, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin, komitəsinin rəsmi nümayəndəsi Vladimir Markin və prezidentin köməkçisi Vladislav Surkovdan və s.daxildir.

Personal sanksiyalar Luqansk separatçılarının lideri İqor Plotnistkiyə, Rusiya Dumasının deputatı Aleksey Puşkova və spiker Serhey Narışkinə də şamil ediləcək. Amma həmin sanksiya və məhdudiyyətlərin nədən ibarət olması barədə Ukrayna tərəfi açıqlama vermir.


www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Dünya 10:22
Türkiyədə narkotik istintaqı çərçivəsində Özcan Deniz də saxlanılıb
Polşa Rusiyaya etiraz notası təqdim edib
Dünya 23:57
Polşa Rusiyaya etiraz notası təqdim edib
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Dünya 22:20
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb - yenilənib
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Dünya 20:13
Türkiyənin Muğla vilayətində 4,6 maqnitudalı zəlzələ baş verib
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Dünya 15:23
Zelenski Macarıstan Baş naziri ilə Zakarpatyedə görüşəcək
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Dünya 15:01
Hörmüz boğazında minaya düşən iki tankerdə yanğın başlayıb
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
Dünya 10:34
Rusiya səfiri Polşa XİN-ə çağırılacaq
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
Dünya 10:05
İstanbulda daha bir bələdiyyədə əməliyyat keçirilib - Saxlanılanlar var
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Dünya 23:36
“Flydubai” dekabrın əvvəlində İsrailə uçuşları bərpa edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol