• $
  • €
  • ₽
  • ₺
  • £

Zəlzələdə ölənlərin sayı 5200-ü ötdü

Zəlzələdə ölənlərin sayı 5200-ü ötdü
30.04.2015 10:58
Nepalın Qorkha regionunda baş vermiş rixter cədvəli ilə 7.9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 5200-ə çatıb.

Dağıntılar altında sağ qalanların olması ehtimalı vaxt irəlilədikcə daha da azalır. Bununla belə, insanların ümidlər hələ ki, tükənməyib.

Axtarış-xilasetmə qrupları isə, fasiləsiz olaraq dağıntıları aradan qaldırmağa çalışırlar.

Təbii fəlakətdən əziyyət çəkən insanların təcili olaraq humanitar yardıma ehtiyacları var. Birləşmiş Millətlər Təşkilatı Nepala dəstək məqsədi ilə 415 milyon dollar məbləğində maliyyə vəsaitinin toplanmasına başlayıb.

Rəsmilər zəlzələ nəticəsində 70 mindən çox evin dağıldığını bildiriblər. Təbii fəlakət zamanı 10 348 nəfər xəsarət alıb. Evləri dağılan insanların müvəqqəti olaraq yerləşdirilməsi üçün 4 700-dən çox çadır quraşdırılıb.

Beynlxalq ictimaiyyət də Nepala humanitar yardım göndərməkdə davam edir. İsrail və Rusiya təbii fəlakətdən əziyyət çəkən insanları tibbi ləvazimat, ərzaq və dərmanla təmin edib. Rusiya zəlzələ nəticəsində xəsarət almış 11-i uşaq olmaqla 128 nəfəri Moskvada müalicəyə gətirib.

Nepalda zəlzələ zamanı bir binanın uçması anı təhlükəsizlik kamerasına düşüb. Bina uçaraq yolun üzərinə aşır. Hadisə nəticəsində yol ilən ötən avtomobil və insanlara zərər dəyir. Bəzi piyadalar isə, dağıntıların altında qalır.//ANS

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol