• $
  • €
  • ₽
  • ₺
  • £

İstanbuldan Berlinə şok cavab

İstanbuldan Berlinə şok cavab
30.04.2015 20:25
"Qoy, Almaniya şəxsi keçmişini xatırlasın, Hitleri biz doğmadıq"

Almaniyanın dövlət və hökumət rəhbərlərinin "erməni soyqırımı" ilə bağlı sərsəm açıqlamaları və Türkiyə tərəfinin onlara tutarlı cavabları Federativ Respublikanın mətbuatında əsl rezonans doğurub.

ANS PRESS-in məlumatına görə, ölkənin "Der Westen" qəzeti yazır ki, Türkiyənin dövlət xadimləri "erməni soyqırımı" faktını tanımağa cəsarət göstərən bütün ölkələri ittiham edirlər. Məsələn, Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bahçeli bildirib ki, Almaniya özü tarixindən utanmalıdır.

Ümumiyyətlə, bu partiya qarşıdan gələn parlament seçkisi kampaniyasına Almaniyadan start verib. D.Bahçeli seçkiqabağı kampaniyası çərçivəsində Almaniyanın Nordrhein-Westfalen Federativ dairəsinin Oberhauzen şəhərindəki "König-Pilsener-Arena" kompleksində bu ölkədə yaşayan 10 min türklə görüşüb.

"Der Westen" diqqətə çatdırır ki, MHP sədri ermənilərin qondarma soyqırım iddiaları ilə bağlı Almaniyada yaşanan son hadisələrə toxunub, almanların törətdiyi günahları xatırladıb: "Hamı - kürdlər, ermənilər, assuriyalılar bizdən şikayət edir, bizdən nəsə umurlar. Hamısı "soyqırım" məsələsində lobbiçilik həyata keçirirlər. Onlar Türkiyəni qaralamaq istəyirlər. Ancaq Almaniya "soyqırım" haqqında necə danışa bilər, onun haqqı yoxdur? Birinci Dünya müharibəsi illərində hamımızı eyni tale gözləyirdi. Almanlar, ilk növbədə, şəxsi tarixləri ilə üz-üzə qalmalı, tarixlərini yenidən nəzərdən keçirməlidirlər. Hitleri biz doğmadıq. Biz insanları qaz kameralarında öldürmürdük. Türkiyə heç vaxt soyqırım etməyib."

Xatırladaq ki, Türkiyədə parlament seçkiləri iyunun 7-də keçiriləcək.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
Dünya 18:02
В Азербайджане впервые пройдет чемпионат Европы по баскетболу
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Dünya 17:47
SEPAH: Qeşm adası üzərində ABŞ-yə məxsus PUA vurulub
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Dünya 17:11
Ermənistan sabah TRIPP layihəsinin başlanmasını rəsmən elan edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol