• $
  • €
  • ₽
  • ₺
  • £

Fransada “divarların da qulağı” olacaq

Fransada “divarların da qulağı” olacaq
06.05.2015 16:06
Fransa parlamenti ölkə kəşfiyyatına islamçılara və terror şübhəlilərinə qarşı "asan casusluq” vasitələrindən istifadə icazəsi verən qanunu qəbul edib.

Fransa parlamenti ölkə kəşfiyyatına islamçılara və terror şübhəlilərinə qarşı "asan casusluq” vasitələrindən istifadə icazəsi verən qanunu qəbul edib.

Bu vasitələrə telefonların dinlənilməsi, habelə obyektlərə - mənzil və başqa yerlərə "böcəklər”in və gizli kameraların yerləşdirilməsi daxildir.

İnsan haqları təşkilatları, habelə prezident Hollande-ın Sosialist Partiyasından olan bəzi üzvlərbu qanunun qəbulu əleyhinə çıxırdılar.

Lakin buna baxmayaraq, parlamentin alt palatası sözü gedən qanunu böyük səs nisbəti ilə (438-86) qəbul edib.

Yeni qanuna görə təhlükəsizlik rəsmiləri casusluq vasitələrindən istifadə üçün hakimin qərarını almalı olmayacaqlar. Bunun əvəzində yenicə yaradılmış məşvərət qurumuna müraciət kafi sayılacaq.

Baş nazir Manuel Valls bu qanunun ABŞ-ın Patriot Act qanunun təqlidi olması barədə iddiaları rədd edib.

O bildirib ki, hazırkı terror təhlükəsi şəraitində bu qanuna böyük ehtiyac var.

Qanunun narahatlıq yaradan bir müddəası da internet fəaliyyətinin güdülməsi ilə bağlıdır.

Bu qanuna görə internet provayderləri izləmə üçün siqnal kimi məzmunu yox, metaməlumatı əsas götürəcəklər.

Bu isə "bomba”, "hücum”, cihad” kimi siyahısı əvvəlcədən hazırlanmış sözlərdən ibarətdir. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol