• $
  • €
  • ₽
  • ₺
  • £

Avropada daha bir türk muxtariyyəti yox edilir

Avropada daha bir türk muxtariyyəti yox edilir
06.05.2015 20:36
"Moldova Qaqauziya (Qaqauz Eli) muxtariyyətinin bütün səlahiyyətlərini əlindən alaraq, onu ölkədəki adi rayonlardan birinə çevirmək istəyir”.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə Qaqauziya Xalq Məclisinin Hüquq komissiyasının sədri İvan Burqudji çıxış edib.
 
Onun sözlərinə görə, mayın 8-də Moldova parlamentinin plenar iclasında Qaqauziyanın statusunda dəyişikliklər edilməsi məsələsi müzakirə ediləcək:
 
"Həmin məsələ 2004-cü ildə də parlamentdə irəli sürülmüşdü, lakin o zaman qanunverici orqan bunu müzakirə etməmişdi. O zaman qaqauzlar buna kəskin etirazlarını bildirmişdilər. Əgər Kişinyov o zaman başqa cür hərəkət etsəydi, ölkədəki ictimai-siyasi vəziyyət dəyişmiş olardı”.
 
Qeyd edək ki, Qaqauziya Moldovanın Qərbə tərəf istiqamətlənən siyasətini bəyənmir və Kişinyovun Avropa Birliyi ilə imzaladığı assosiativ üzvlüklə bağlı müqavilədən çıxmasını istəyir. Bunun qarşılığında isə o, Avrasiya İttifaqı ilə münasibətlərin Moldovaya daha çox xeyir gətirəcəyini bildirir. 

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Dünya 22:46
Tramp İrana zərbələri bərpa etməyi nəzərdən keçirir
Gürcüstanda surroqat analıq qadağan edilir
Dünya 19:03
Gürcüstanda surroqat analıq qadağan edilir
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
Dünya 18:30
Almaniyada kilsədə dəm qazı sızması nəticəsində 19 nəfər zəhərlənib
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
Dünya 17:03
ABŞ-də əyləncə mərasimində atışma nəticəsində doqquz nəfər yaralanıb
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
Dünya 15:08
İstanbulda yaşayış binasının 16 sakini qazdan zəhərlənib
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
Dünya 14:34
DMM-dən “Malatya ayağa qalxdı” iddialarına rəsmi reaksiya
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Dünya 08:58
İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Dünya 08:43
Nigeriyada gəmi qəzasında 26 nəfər ölüb
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Dünya 23:56
Hindistanda spirtli içkidən zəhərlənən 15 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol